Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank iqtisadi icmalların hazırlanmasına başladı

Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank rüblük iqtisadi icmalların hazırlanmasına başladı. İcmal rüb ərzində ölkə iqtisadiyyatında müşahidə olunan proseslər, maliyyə-bank sistemi və maliyyə bazarlarında mövcud vəziyyət, əsas siyasət dəyişiklikləri və ilin sonuna iqtisadi artım gözləntilərini özündə birləşdirir.

Azərbaycan və ingilis dillərində hazırlanan icmal bankın mövcud və potensial müştərilərinə öz biznes hədəflərinə çatmaq üçün makro və mikro-iqtisadi trendləri daha yaxından təqib etmək imkanı yaradacaq.

“Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyması, qeyri-neft sektorunun diversifikasiyası və iqtisadiyyatda baş verən struktur dəyişiklikləri, eyni zamanda daxili və xarici bazarda artan rəqabət bankın fəaliyyət göstərdiyi makro mühitin dərin təhlilinə zərurət yaradır”- deyə PAŞA Bankın Baş İnvestisiya İnzibatçısı Taleh Kazımov bildirib.

PAŞA Bankın böyük iqtisadçısı Elman Eminov cari ilin ötən rübündə Azərbaycan iqtisadiyyatında güclü artım proseslərinin davam etdiyini qeyd etвш. “2014-cü il dövlət büdcəsində istifadə olunan neft gəlirlərinin azaldılması, birinci rübdə qeydə alınan islahat təşəbbüsləri hökumətin yeni struktur və institusional islahatlara əzmlə davam edəcəyinin işarəsi və göstəricisidir”, deyə o bildirib.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.