Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

“PAŞA Bank” və “PwC Azərbaycan” birgə biznes-forum keçiriblər

“PAŞA Bank” və “PwC Azərbaycan” auditor şirkəti bu gün Bakıda korporativ idarəetmə üsullarına həsr edilmiş birgə biznes-forum keçiriblər.

”Korporativ İdarəetmə: Şəffaflıq. Effektivlik. Hesabatlılıq” mövzusu ətrafında təşkil olunan bu tədbirin əsas məqsədi özəl və dövlət sektorlarında korporativ idarəetmə prinsiplərinin tətbiqi və bununla da iqtisadiyyatda şəffaflığın təmin edilməsi idi. Dünya təcrübəsindən gətirilən nümunələr, eləcə də “PAŞA Bank” və “PwC”nin mütəxəssislərinin bu problemlərə dair çıxışları və fəaliyyəti forum iştirakçılarında xüsusi maraq doğurmuşdur.

“Biz bundan sonra da unikal təcrübəmizə arxalanaraq ölkə iqtisadiyyatının dinamik inkişafına və şirkətlərdə mükəmməl idarəetmə sistemlərinin formalaşdırılmasına töhfəmizi verməyə davam edəcəyik” - deyə “PwC Azərbaycan”ın rəhbəri Mövlan Paşayev öz müraciətində qeyd etmişdir. Ölkənin korporativ müştərilərinə xidmətlərin göstərilməsi üzrə ən iri maliyyə təsisatı olan “PAŞA Bank”, öz növbəsində ən yaxşı mütəxəssislərini cəlb etməklə fərdi sahibkarlığın sabit və davamlı inkişafının təminatı olan korporativ idarəetmə üzrə standartların tətbiqi səviyyəsinin yüksəldilməsi üzrə layihələri uğurla həyata keçiri” - deyə, ”PAŞA Bank”ın İnvestisiyalar üzrə Baş Direktoru Taleh Kazımov bildirmişdir.

Dövlət və özəl sektorları, eləcə də beynəlxalq maliyyə institutlarını təmsil edən təxminən 80 nümayəndənin bir araya gəldiyi forumda əsas məruzəçilər qismində “PwC”nin Orta və Şərqi Asiya ölkələri üzrə Вirektorlar şurasının nümayəndəsi Nik Peyc, “PwC”nin qlobal şəbəkənin daxili auditi üzrə baş müşaviri Jan Pyer Qaret, eləcə də “PAŞA Bank”ın hüquqi və təşkilati işlər departamentinin direktoru Şirin Əliyeva çıxış etmişlər.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.