Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PASHA Bank REPO-əməliyyatı həyata keçirib

Ölkənin ən iri banklarından biri olan “PAŞA Bank” Azərbaycan qiymətli kağızlar bazarında ilk dəfə olaraq Bakı Fond Birjasında (BFB) «PAŞA Kapital» şirkəti vasitəsilə korporativ investisiya qiymətli kağızlarla REPO əməliyyatını həyata keçirmişdir. 27 fevral 2014-cü il tarixində qeydə alınan əməliyyatda REPO predmeti “PAŞA Bank”-ın market-meyker rolunu oynadığı “Bakcell” MMC-nin istiqrazları olmuşlar.

“PAŞA Bank”-ın İdarə heyətinin üzvü, İnvestisiyalar üzrə Baş direktorTaleh Kazımovun sözlərinə görə, Azərbaycan qiymətli kağızlar bazarı uzun müddət idi ki, bu növ əqdlərin bağlanmasına hazırlaşırdı. «Biz şadıq ki, bu əqdin baş tutmasının səbəbkarları kimi fond bazarının fəal iştirakçısı rolunda olduğumuzu bir daha sübut edə bildik. Bu imkandan istifadə edərək, yerli qiymətli kağızlar bazarının bütün peşəkar iştirakçılarına göstərdikləri dəstəyə görə təşəkkür etmək istərdik», - deyə T.Kazımov yekunlaşdırdı.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.