Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank kiçik biznesə xidmət göstərən ikinci Biznes-mərkəzi açdı

Fevralın 24-də PAŞA Bank, Bakıda kiçik biznes nümayəndələri ilə əməkdaşlıq üçün nəzərdə tutulan yeni Biznes-mərkəzini açdı.

Bankın yeni Biznes-mərkəzi Nərimanov rayonu, Maqsud Əlizadə küç. 114 ünvanında (Gənclik metrosu yaxınlığında) yerləşir.

Bankın mətbuat üçün açıqlamasında qeyd olunur ki, PAŞA Bankın yeni Biznes-mərkəzlərinin başlıca biznes-bankinq xüsusiyyəti zəruri sənədlərin minimum paketi əsasında güzəştli şərtlərlə maliyyə xidmətlərinin geniş spektrini təmin etməkdir. Bundan əlavə, indi kiçik biznes nümayəndələri əvvəllər ancaq iri korporativ müştərilər üçün əlçatan olan yüksək xidmət səviyyəsinə və fərdi yanaşmaya da arxalana bilərlər.

Qeyd edək ki, ilin sonuna qədər PAŞA Bank Bakıda daha 3 yeni Biznes-Mərkəzi açmağı planlaşdırır.   


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.