Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

Tələbələr, gələcəyə təşəbbüs göstərin!

PAŞA Bank “British Council” ilə birgə “Gələcəyə təşəbbüs” adlı layihəyə start verərək, tələbələri iqtisadi islahatlar və inkişaf məsələlərinə müstəqil yanaşmağa həvəsləndirir.

Layihə çərçivəsində Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təqdimatlar keçiriləcək, inşa yazmaq qabiliyyəti, istinad və plagiatçılıq mövzuları üzrə seçilən tələbələr treninqlərə cəlb olunacaqlar. Treninqləri bitirən namizədlər onlara verilən mövzularda inşa yazacaqlar. Bu zaman uğur əldə edənlər isə Birləşmiş Krallığın aparıcı universitetlərində təşkil olunan yay məktəblərinə qatılmaq imkanı qazanacaqlar.

Layihə müəlliflərinin fikrincə, əsas hədəf tələbələrə kreativ inşa yazmaq bacarıqlarını açıqlamaq, onları iqtisadi inkişaf və islahatlar mövzusunda məlumatlandırmaq, həmçinin öz ölkələrinin inkişafında fəal iştirakçıya çevirməyə təkan verməkdir.

Müsabiqədə Azərbaycanda daimi yaşayış yeri olan, təqdimat üçün nəzərdə tutulan ali təhsil müəssisələrində təhsil alan 18-21 yaş arası tələbələr iştirak edə bilərlər. Ümumilikdə 4 mərhələdən ibarət olan müsabiqənin ilkin mərhələsində 10 ali təhsil müəssisəsində təqdimat keçiriləcək və elə oradaca iştirakçıların arasında ərizə qəbulu aparılacaq. Seçilən universitetlər isə aşağıdakılardır: Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Xəzər Universiteti, Qafqaz Universiteti, Bakı Ali Neft Məktəbi, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti.

Hər universitetdən seçilən 20 tələbə Azərbaycan-Britaniya Məzunları Assosiasiyasının (AUKAA) treninqlərinə qoşulacaqlar. Burada onlara inşanın yazılması, istinad etmə və plagiatlıq mövzuları haqqında geniş məlumatlar veriləcək. Üçüncü mərhələdə tələbələrdən inşalar qəbul ediləcək və nəticədə qaliblər seçiləcək. Qeyd edək ki, inşaların qəbulu 30 aprel 2014-cü il tarixində yekunlaşır. PAŞA Bank və British Council Azərbaycan qalibi olan şəxslərin inşalarını kütləvi şəkildə yayımlamağa nəzarət edir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.