Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

“Fitch Ratings” və “Standard & Poor’s” PAŞA Bankın kredit reytinqlərini təsdiq etdilər

Aparıcı beynəlxalq reytinq agentlikləri “Standard & Poor's” və “Fitch Ratings” Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın reytinqlərini təsdiq etdilər. Belə ki, “Fitch Ratings” Bankın uzunmüddətli emitentin defoltu reytinqini (EDR) “B+” səviyyəsində, qısamüddətli EDR-i – “B” səviyyəsində, reytinqin dəyişməsi  proqnozunu isə “sabit” kimi qiymətləndirib.

Öz növbəsində, “Standard & Poor's” PAŞA Bankın uzunmüddətli EDR-ni “BB–“ səviyyəsində, qısamüddətli EDR-i “B” səviyyəsində, reytinqin dəyişməsi proqnozunu isə “sabit” kimi qiymətləndirmişdir. Bu, ölkənin 100% yerli kapitala malik bütün özəl bankları arasında ən yüksək, Azərbaycanın bütün özəl bankları arasında isə ikinci ən yaxşı reytinqdir.

PAŞA Bankın İdarə Heyətinin üzvü, İnvestisiyalar üzrə Baş Direktoru Taleh Kazımovun sözlərinə görə, Bankın reytinqinin aparıcı reytinq agentlikləri tərəfindən təsdiqlənməsi Bankın düzgün istiqamətdə hərəkət etdiyini göstərir. O, sözlərini yekunlaşdıraraq qeyd etmişdir: “Biz uğurlu fəaliyyətimizin cari reytinqlərdə öz əksini tapdığına çox şadıq. Bankımıza verilən reytinqlər düzgün biznes-mövqeyimizi, mülayim risk durumunu və Bankın likvidliyinin adekvat göstəricilərini əks etdirir”. 

PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də; kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və dörd filial ilə təmsil olunan PAŞA Bankda 221 əməkdaş çalışır. “Europe Banking Awards 2011” və “Europe Banking Awards 2012” çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-cü ildə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.