Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank kiçik biznesə xidmət göstərən biznes mərkəzi açdı

Bakıda PAŞA Bankın yeni biznes mərkəzinin açılış mərasimi keçirilib. Biznes mərkəzinin fəaliyyəti kiçik biznes nümayəndələri ilə işə yönəldilib. Açılış mərasimində PAŞA Bankın rəhbərliyi, müştəriləri və yeni şöbəsinin əməkdaşları iştirak ediblər.

PAŞA Bankın İdarə Heyətinin üzvü, İnvestisiyalar üzrə Baş Direktor Taleh Kazımovun sözlərinə görə, Bankın yeni biznes mərkəzinin açılmasında başlıca məqsəd kiçik bizneslərin maliyyələşdirilməsi  konsepsiyanın Azərbaycanda inkişaf etdirilməsidir. Bu fəaliyyət dünyada biznes-bankinq kimi tanınır.

T.Kazımov qeyd etmişdir ki, “PAŞA Bankın yeni şöbəsində biznes-bankinqin fərqləndirici xüsusiyyəti təkcə sərfəli şərtlərlə, minimum tələb olunan sənədlər paketi əsasında və onların baxılmasına minimum vaxt sərf etməklə geniş spektrli maliyyə məhsullarının təqdim edilməsindən ibarət olmayacaq. Bununla bərabər, kiçik biznes nümayəndələrinə iri korporativ müştərilərimizə göstərdiyimiz səviyyədə yüksək xidmət və fərdi yanaşma təqdim olunacaq”.

Qeyd edək ki, bank ilin sonuna qədər 2, növbəti ildə də yenə daha 2 mərkəzin (Business Banking Service Centre) açılışını planlaşdırır.

PAŞA Bankın yeni biznes mərkəzi Bakı ş., A.Heydərov küç., 35 Q (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi ilə üzbəüz) ünvanında yerləşir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.