Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PASHA Bank Azərbaycanın “private banking” xidmətləri təklif edən ən yaxşı bankı oldu

Azərbaycanın ən iri banklarından biri olan PASHA Bank World Finance beynəlxalq jurnalı tərəfindən təsis edilmiş “Best Private Bank, Azerbaijan” mükafatına layiq görülmüşdür. Mükafat nailiyyətlərə, yenilikçi yanaşma və ən yaxşı standart və təcrübələrin tətbiqinə görə iqtisadiyyatın müxtəlif sahələrində liderlərə verilir. Bu mükafatın alınması Azərbaycanda bu xidmətlərin inkişafı istiqamətində PASHA Bank tərəfindən atılan addımların düzgün və uğurlu olmasını göstərir. 

PASHA Bankın idarə heyətinin sədri Fərid Axundovun sözlərinə görə hazırkı dövrdə “private banking” sahəsində qərb institutlarının təcrübə səviyyəsini yerli bankların praktikası ilə müqayisə etmək mümkündür.

F. Axundovun demişdir: “lakin belə xidmətlərin sıfırdan təşkilinin həm də öz üstünlükləri var, məsələn, bu zaman bu bazarın ənənəvi oyunçularının son illərdə buraxdığı səhvləri təkrarlamadan ən yeni texnologiya və metodları tətbiq etmək mümkündür. Hazırkı dövrdə PASHA Bankın müştəriləri onların ehtiyaclarını başa düşən və rahat istifadə edilə bilən, balanslaşdırılmış və rahat “Private Banking” xidmətləri əldə edirlər. PASHA Bankın nailiyyətlərinin ekspertlər tərəfindən belə yüksək qiymətləndirilməsi xüsusən sevindiricidir”.

Mükafat işgüzar jurnal tərəfindən 2007-ci ildə təsis edilmişdir. Mükafatın nominantları World Finance jurnalının auditoriyası tərəfindən açıq səsvermə yolu ilə seçilirlər.

PASHA Bank –  Azərbaycanın aparıcı korporativ bankıdır.  2007-ci ildə təsis edilmiş bank geniş spektrli korporativ bank xidmətləri, o cümlədən, kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri göstərir.

"PASHA Bank" Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də Azərbaycan iqtisadiyyatının digər sektorlarında da geniş təmsil olunan PASHA şirkətlər qrupunun bir hissəsidir.

 

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.