Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PASHA Bank 2013-cü ilin birinci yarısının yekunlarını elan edib

Bu gün Four Seasons mehmanxanasında keçirilən mətbuat konfransında PASHA Bankın 2013-cü ilin birinci yarısına dair maliyyə nəticələrini açıqlanıb.

Tədbirdə spiker qismində Bankın İdarə Heyətinin Sədri Fərid Axundov, İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Şahin Məmmədov, İdarə Heyətinin üzvü, Baş İnvestisiya İnzibatçısı Taleh Kazımov və Ernst & Young-ın Azərbaycan üzrə Məsləhət Xidmətlərinin Rəhbəri Fərhad Quliyev çıxış ediblər.

PASHA Bank korporativ müəssisə kimi güclənmək və beynəlxalq əlaqəli korporativ müştərilərə və kiçik və orta sahibkarlara daha çox xidmətlər göstərməyi nəzərdə tutan 2012-2014-cü illər üzrə strateji dövrünün ilk yarısını uğurla başa vurub.

Bankın kapitalı 193,7 mln. AZN-ə ($246,9 mln.) çatıb ki, bu da ölkənin cəmi kapital göstəricisinə görə ən iri kommersiya banklarından biri mövqeyini qoruyub saxlamağa imkan verib.

Aktivlər portfelini müxtəlif istiqamətdə inkişaf etdirmək barədə strateji qərarın qəbul edilməsi nəticəsində Bank müştərilərinə təklif etdiyi xidmətlərin yaxşı balansını saxlamağa müvəffəq olub.

30 İyun 2013-cü ildə PASHA Bankın aktivlərinin ümumi məbləği 659,6 mln. AZN ($840,8 mln.) təşkil edib ki, bu da 2012-ci il (721,1 mln. AZN / $919,2 mln.) ilə müqayisədə 9% azalma deməkdir. Bunun əsas səbəbi müştəri hesablarında fəaliyyətin zəif olmasıdır.

30 İyun 2013-cü il üzrə bankın aktivlərinin strukturu aşağıdakı kimi bölünür:

  • müştərilərə verilmiş kreditlər – 48%;
  • qiymətli kağızlar portfeli – 35%;
  • nağd pul və nağd pul ekvivalentləri – 11%;
  • kredit təşkilatlarına verilən vəsaitlər – 2%
  • digərləri dövriyyə və qeyri-dövriyyə aktivlərinə aiddir (4%).

PASHA Bank böhran dövrü ərzində öz güclü kapital durumundan səmərəli yararlandı və bazarda şəffaf və davamlı idarəçiliyə malik şirkətlər üçün güclü tərəfdaş kimi özünə yer tapıb. Bankın əsas məqsədləri mürəkkəb zamanda mövcud kiçik və orta sahibkarlara dəstək olmaqdır.

Bank kredit ayrılmasının sabit artımını təmin edib. Bankın ümumi kredit portfeli 17%, yəni 331,7 mln. AZN-ə ($422,8 mln.) kimi artırmaqla güclü kredit qabiliyyəti yaradıb. 2012-ci ilin sonunda müvafiq göstərici 282,8 mln. AZN ($360,6 mln.) təşkil edib. Portfel üzrə effektiv ehtiyat dərəcəsi 4,9% (2012-ci ilin sonunda – 3,1%).

Müştərilərə xidmət göstərərək Bank indi son bir neçə il ərzində inkişaf etdirdiyi əlaqələrdən yararlanır. Nəticədə Bank müştəri bazasında 360,8 mln. AZN ($460 mln.) balans ilə güclü inkişafa nail olub.

Qeyd olunan müştəri balansları əsas tələb olunan və müddətli hesablarda müvafiq olaraq 66% və 34% nisbətində cəmlənib (2012-ci il üçün müvafiq olaraq 58% və 42%).

Bankın 2013-cü ilin 6 ayı üzrə xalis mənfəəti 5,5 mln. AZN-dən ($7 mln.) ibarətdir ki, bu da 2012-ci ilin (5,47 mln. AZN / $6,98 mln.) analoji dövrü ilə müqayisədə demək olar ki, eynidir.

Bankın mənfəət vergisi xərcindən əvvəl mənfəəti 8 mln. AZN ($10,2 mln.) təşkil edib ki, bu da əvvəlki il ilə müqayisədə 12% artım deməkdir. 2013-cü ilin 6 ayı üzrə ümumi əməliyyat gəliri 25,95 mln. AZN ($33,1 mln.) olub ki, bu da 2012-ci ildə əldə olunmuş 19,8 mln. AZN ($25,2 mln.) ilə müqayisədə 31% artım olmasını göstərir.

Bankın faiz gəliri 21% artaraq 27,6 mln. AZN ($35,2 mln.) təşkil etdiyi halda, qeyri-faiz gəliri 19% artaraq 4,6 mln. AZN ($5,9 mln.) məbləğinə çatıb.

Beynəlxalq maliyyə institutları ilə aparılmış geniş danışıqların nəticəsi olaraq, PASHA Banköz korporativ müştərilərinə daha çox maliyyə xidmətləri göstərmək iqtidarında olub.

Paralel olaraq, Bank vaxtında və peşəkar xidmətlər göstərmək potensialını gücləndirmək məqsədilə müştərilər üçün müxtəlif seminar və görüşlər təşkil edib.

Sənədli əməliyyatlar üzrə göstərici 30 iyun 2013-cü il tarixinə 103 mln. AZN ($131,3) məbləğinə çatdırılıb. PASHA Bank üçün hazırkı strateji hədəf 2013-cü ildə ticarətin maliyyələşdirilməsi portfelini 140 mln. AZN ($178,4 mky) məbləğinə çatdırmaqdır.

Bundan əlavə, 30 iyun 2013-cü il tarixinə Bank ilk dəfə olaraq dörd xarici banklarla dəyəri 23,9 mln. AZN ($30,5 mln.) məbləğində olan ticarətlə bağlı sindikatlaşdırılmış kredit cəlb edib.

Bank, məcmu kapitalın mövcudluğunu Azərbaycan Respublikası Mərkəzi Bankının 31% (2012-ci ilin sonuna  - 34%) kapital tələbinə göstərərək güclü daxili kapital yüksəlişi əldə etmişdir, bu da Bankın nizamnamə kapitalını səmərəli istifadə etməsini göstərir.

PASHA Bank-ın qarşısında duran birinci dərəcəli vəzifə Bank, Basel II və BASEL III tətbiqinin yekunlaşdığı zaman, lazımi kapital səviyyəsinin qarşılanması üzərində çalışmağa davam edərək təsisçilərinə kapitalı dividend şəklində geri qaytarmaqdır. Belə ki, 2013-cü ildə Bank səhmdarlara 2012-ci ilin xalis mənfəətindən 20, 5 mln. AZN ($26,15 mln.) məbləğində dividend ödəyib.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.