Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PASHABank və British Council biznes-jurnalistika üzrə təlimlər keçirəcəklər

PAŞA Bank və British Council jurnalistlər üçün nəzərdə tutulmuş xüsusi təlim proqramını elan edirlər.

Layihənin məqsədi xüsusi hazırlanmış müfəssəl təlim proqramı vasitəsilə milli mətbuata (televiziya, çap və elektron mətbuat) peşəkar bilik və səriştənin artırılmasında kömək etməkdir.

Təlimlərdə iştirak etmək üçün 10-15 iştirakçı seçiləcək. Layihə çərçivəsində iştirakçılara biznes jurnalistika təlimi ilə yanaşı ayrılıqda ingilis dili kursları da keçiriləcək.

Təlimlər zamanı fəal iştirak və yekun müsahibə nəticəsində seçilmiş 2 iştirakçı Böyük Britaniyada təşkil edilmiş yay təcrübə proqramında iştirak edəcək. Tədbirin təşkilatçısı Böyük Britaniyanın Tomson Fondudur.

Məşğələlər 2013-cü ilin noyabr ayında başlayacaq. Layihədə paytaxt Bakıdan olan jurnalistlərlə yanaşı bölgələrdən olan media işçiləri də qatıla bilər.

Təlimlər aşağıdakı mövzuları əhatə edəcək:

  • Məqalə yazma tərzləri
  • Oçerklərin yazılması
  • Reportajların hazırlanması
  • Xəbərlərin yazılması
  • Müsahibə alma texnikası və praktikası
  • İqtisadiyyat jurnalistikası
  • Biznes jurnalistikası və onlayn media
  • Etika qaydaları, məlumatın balanslı və doğru çatdırılması

Seçiləcək iştirakçılardan tələb olunanlar:

  • Jurnalistika sahəsində minimum 2 illik iş təcrübəsi
  • Ölkədaxili radio və televiziya yayımları, çap, onlayn mediada işləməli
  • Bütün təlim kurslarında iştirak edə bilməli. 3 təlim sessiyası Bakıda (hər təlim 5 tam gün olmaqla noyabr 2013, yanvar və aprel 2014-də keçiriləcək).
  • Böyük Britaniyada yay təcrübə proqramında iştirak edə bilmək.

Marağı olan şəxslər ərizə formasını British Council-ın internet səhifəsindən www.britishcouncil.az yükləməlidirlər.

Doldurulmuş ərizə formaları və CV-lər 2013-cü il 20 sentyabr tarixindən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar. Əlavə məlumat üçün əlaqə saxlayın:

Proqramlar üzrə İcraçı Könül Əhmədova.

British Council, Azərbaycan.

Tel: + 994 12 497 15 93; + 994 12 497 20 13

Faks: + 994 12 498 92 36

Qeyd: Əvvəlki Biznes Jurnalistika layihəsində iştirak edən iştirakçılar bu layihəyə yenidən müraciət edə bilməzlər. İştirakçıların bütün təlim kurslarında iştirak etməsi mütləqdir!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.