Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PASHA Bank xəzinədarların ilk beynəlxalq forumunun sponsorudur

Bakıda xəzinədarların ilk beynəlxalq forumu keçiriləcək. Tədbirin sentyabrın sentyabrın 19-20-də keçirilməsi planlaşdırılır. Forumun sponsoru Azərbaycanın ən iri banklarından biri olan PASHA Bank-dır. Görüşdə dünyanın müxtəlif ölkələrindən məruzəçilər çıxış edəcək, aşağıdakı mövzularda bilik və bacarıqlarını tədbir iştirakçıları ilə bölüşəcəklər: Likvidliyin idarə olunması, mərkəzləşmiş korporativ xəzinədarlığın təşkili, risklərin idarə olunması və s.

Forumun işində  PASHA Bank (Azərbaycan), Petrol Ofisi (Türkiyə), MTS (Rusiya), Volkswagen Group (Rusiya), Royal Unibrew (Danimarka), Chipita SA (Yunanıstan), Belaqro (Belarus) və s. şirkətlərin nümayəndələrinin iştirakı gözlənilir. Tədbirin təşkilatçısı MSB şirkətidir.

PASHA Bank korporativ xidmətlər sahəsində Azərbaycanın aparıcı bankıdır. Bankın 2007-ci ildə əsası qoyulub və altı illik fəaliyyəti sayəsində əhəmiyyətli nəticələr əldə edib. Hazırda bank müştərilərinə geniş çeşiddə korporativ xidmətlər, o cümlədən kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri göstərir.

2011 və 2012-ci illərdə PASHA Bank Azərbaycanın ən yaxşı bankı nominasiyasında  Avropa bank mükafatına (Europe Banking Awards) layiq görülüb.

PASHA Bank iri investisiya holdinqi olan PASHA şirkətlər qrupuna daxildir. Bankdan əlavə holdinqə sığorta, tikinti, tikinti materialları istehsalı, turizm və sair sahələrdə fəaliyyət göstərən şirkətlər daxildir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.