Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PASHA Bank-ın dəstəyi ilə keçirilən WTA Baku Cup 2013 birinciliyi başa çatıb

İyulun 28-də WTA Tour-a (Women`s Tennis Association) seriyasına daxil olan Baku Cup-2013 turnirinə yekun vurulub. Cari  ildə ölkənin ən iri banklarından biri olan PASHA Bank-ın dəstəyi ilə keçirilən turnirin mükafat fondu bu il $235 min olub.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən PASHA Bank-ın İdarə Heyətinin üzvü və maliyyə administratoru Şahin Məmmədov bildirib ki, ölkənin ən iri maliyyə institutlarından biri kimi, bankın qarşısında duran əsas vəzifələrdən biri ictimaiyyətin hərtərəfli inkişafına yardım etməkdir.

«Korporativ sosial məsuliyyət proqrammı çərçivəsində təhsil və mədəniyyətdən əlavə, idman və gənc idmançıların dəstəklənməsi bizim əsas prioritetlərimizdəndir. Biz şadıq ki, bizim bu kiçik töhfəmiz bu idman növünə marağın artması və son illər beynəlxalq səviyyədə keçirilən müxtəlif tennis yarışlarında Azərbaycan idmançılarının qazandıqları uğurlarında əksini tapır», - deyə Şahin Məmmədov bildirib.

PASHA Bank həmçinin H.Əliyevin xatirəsinə tennis turniri, PASHA Bank Cup, WTA Baku Cup kimi turnirlərə sponsorluq edir. Bundan əlavə bank gənc və perspektivli tennisçi Ayxan Manaflıya da himayədarlıq edir.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.