Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PASHA Bank WTA Baku Cup 2013 turnirinin baş sponsoru olacaq

İyulun 22-də Bakı Tennis Akademiyasında qadınlar arasında WTA Tour-a (Women`s Tennis Association) seriyasına daxil olan Baku Cup-2013 turnirinə start verilir.

Ölkənin ən iri banklarından biri olan PASHA Bank-ın dəstəyi ilə keçirilən turnirin mükafat fondu bu il $235 mindir.

Turnirin əsas setkasında 32 yüksək reytinqli tennisçi mübarizə aparacaq. Onların arasında 2012-ci ildə Boyana Yovanovski (WTA Baku Cup 2012 qalibi), Mendi Minella, Annika Bek, Şanel Şipers, Anna Tatişvili kimi məşhur tennisçilər var.

Baku Cup-2012-də olduğu kimi cari ildə də turnirdə ölkəmizi gənc tennisçimiz Kamilla Fərhad təmsil edəcək. Turnir çərçivəsində bütün oyunlar həm yerli, həm də xarici idman kanalları vasitəsilə yayımlanacaq. Final oyunu isə 28 iyul tarixində Mərkəzi Kortda baş tutacaq.

Yaxınlaşmaqda olan idman yarışını şərh edərkən, Azərbaycanın tennis üzrə yığmasının baş məşqçisi Yalçın Manaflı qeyd edib ki, Azərbaycan Tennis Federasiyası və Bakı Tennis Akademiyasının səyləri nəticəsində turnirin yüksək səviyyədə keçirilməsi təmin olunacaq. «Bu idman növünün ölkəmizdə populyarlaşmasında iştirak edən bütün insanlara minnətdarlığımı bildirmək istəyirəm», - deyə Yalçın Manaflı bildirib.

«Ölkənin ən iri maliyyə institutlarından biri kimi, biz cəmiyyətin hərtərəfli inkişafına yardım etməyə çalışırıq. Təhsil və mədəniyyətdən əlavə, idman və gənc idmançıların dəstəklənməsi bizim əsas prioritetlərimizdəndir. Bankımız çoxlu yarışlara sponsorluq edir: H.Əliyevin xatirəsinə tennis turniri, PASHA Bank Cup, WTA Baku Cup. Bundan əlavə, biz gənc və perspektivli tennisçi Ayxan Manaflını da himayəmizə götürmüşük. Biz şadıq ki, bizim kiçik töhfəmiz bu idman növünə marağın artmasına şərait yaradıb», - deyə PASHA Bank-ın İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Sona Abbasova şərh edib.

Cari ilin ortalarında Europe Banking Awards 2012 çərçivəsində PASHA Bank Avropada korporativ sosial məsuliyyət (KSM) proqramı üzrə Avropanın ən yaxşı bankı adına layiq görülüb. İndiyə qədər Azərbaycan banklarından heç biri bu qədər nüfuzlu mükafata layiq görülməyib.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.