Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank adlı yeni məhsulunun təqdimat mərasimini keçirib

İyunun 28-də Hyatt mehmanxanasında PAŞA Bank-ın yeni məhsulunun təqdimat mərasimi keçirilib. Tədbirdə kiçik və orta sahibkarlıq sektorunun 50-dən çox nümayəndəsi, həmçinin Bankın müştəriləri iştirak ediblər.

PAŞA Bankın korporativ və kommersiya bankinqi departamentinin direktoru Vüqar Sadiq təqdimat mərasimində çıxış edərək, bildirib ki, bu məhsul korporativ biznes nümayəndələrinin ehtiyacına və tələblərinə uyğun olaraq işlənib hazırlanıb.

«Bu xidmət vasitəsilə bir çox əməliyyatları, o cümlədən valyuta mübadiləsini aparmaq, həm yerli, həm də beynəlxalq miqyasda vasitələrin köçürülməsini həyata keçirmək, həm milli, həm də xarici valyuta ilə ödənişlər etmək və sair əməliyyatları yerinə yetirmək mümkündür. Xidmətdən istifadə etmək üçün xüsusi avadanlıq və proqram təminatı almaq lazım deyil, bunun üçün sadəcə Bankın veb-səhifəsinə daxil olmaq lazımdır», - deyə Vüqar Sabiq qeyd edib.

Təqdimat mərasimində yeni xidmətdən istifadənin təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilib. Departament direktorunun sözlərinə görə, məhsul beynəlxalq standartlara uyğun hazırlanıb və bir neçə səviyyəli mühafizə ilə təmin olunub.

«Hər zaman olduğu kimi, biz müştərilərimizin maraqlarının keşiyində durur və bunun üçün onların məlumatlarının toxunulmazlığını təmin edirik. Internet Banking vasitəsilə keçirilən əməliyyatların təhlükəsizliyi, ənənəvi üsulda olduğu kimi, yüksək səviyyədədir. Bütün bunlarla yanaşı, yaxın gələcəkdə Internet Banking çərçivəsində tətbiq edilən tariflər ənənəvi bankinqdə istifadə etdiyimiz tariflərdən aşağı olacaq», - deyə Vüqar Sadiq çıxışını yekunlaşdırıb.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.