Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PASHA Bank Europe Banking Awards 2012 mükafatına layiq görülüb

İyunun 5-də, Avstriyanın paytaxtında Europe Banking Awards 2012 bank mükafatının təqdim edilməsi mərasimi keçirilib. PAŞA Bank eyni zamanda iki nominasiya üzrə mükafata layiq görülüb:
 
• Bank Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı;
• Korporativ Sosial Məsuliyyət Proqramı (KSM) üzrə Avropada ən yaxşı bank. 
 
Bankın İdarə Heyətinin üzvü, İnvestisiyalar üzrə Baş Direktor (CIO) Taleh Kazımov mükafatlandırma mərasimindən sonra bildirib ki, PAŞA Bankın fəaliyyətinin nəticələri peşəkar ictimaiyyət tərəfindən yenidən yüksək qiymətləndirilib və bunun nəticəsində Bank ardıcıl olaraq ikinci dəfədir ki, bu mükafata layiq görülüb. 
 
«2 ildən bir qədər artıq müddətdə PAŞA Bank tərəfindən bank, lizinq və telekommunikasiya sektorları daxil olmaqla, müxtəlif sahələri təmsil edən 6 emitentdə korporativ istiqrazlar buraxılıb (ümumi məbləği təxminən 102,4 mln. AZN təşkil edən 10 buraxılış). PAŞA Bank təkrar bazarda anderrayter olduğu bütün böyük buraxılışlar üzrə market-meyker xidmətləri göstərir.
 
2012-ci ildə PAŞA Bank Azərbaycan İpoteka Fondunun ipoteka istiqrazları üzrə market-meyker xidmətləri göstərməyə başlayıb (emissiyanın həcmi – 55 mln. AZN). Bazarda yüksək likvidliyi nəzərə alaraq, təkrar bazarda 7 illik ipoteka kağızlarının gəlirliliyi 3%-dən 2,962 %-dək azalıb.
2012-ci ilin sonuna Bankın yerli qiymətli kağızlar portfeli təxminən 300 mln. AZN təşkil edib ($382 mln.-dan artıq), bu da yerli bazarda qiymətli kağızların 50%-dən çoxunu təşkil edir. Bankın qiymətli kağızlarının ümumi portfeli 335 mln. AZN-dən yüksək olub ($427 mln.-dan artıq) – ötən illə müqayisədə artım 23,7% təşkil edib», – deyə Taleh Kazımov bildirib.
 
PAŞA Bankın İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Sona Abbasovanın  sözlərinə görə, bazarda nisbətən qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, Bank özünün 2012-2014-cü illər üçün İnkişaf strategiyası çərçivəsində KSM sahəsində fəaliyyətinin məqsədlərini, vəzifələrini və prioritet istiqamətlərini son dərəcə dəqiqliklə qeyd edib və və artıq mədəniyyət, təhsil və idman sahələrində bir çox layihələri həyata keçirib.
 
«KSM Proqramı çərçivəsində geniş spektrli təşəbbüsləri həyata keçirən PAŞA Bank, cəmiyyətin rifahının yüksəlməsinə və Azərbaycanın gələcək inkişafına xidmət edir. Biz çox şadıq ki, səylərimiz beynəlxalq işgüzar ictimaiyyət tərəfindən bu cür yüksək qiymətləndirilib», –deyə Sona Abbasova bildirib.
 
Mükafatın təsisçisi EMEA Finance nüfuzlu beynəlxalq maliyyə jurnalıdır. Europe Banking Awards-ın qalibləri dünyanın aparıcı ekspertləri, maliyyə sektorunun analitiklərinin və bank konsultantlarının iştirak etdiyi səsvermənin nəticələrinə görə müəyyən olunur. 
 

 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.