Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank Unibank istiqrazlarının növbəti emissiyasını təmin edib

Unibank istiqrazlarının növbəti uğurlu yerləşdirilməsi AZ2009002026 İSİN kodu altında qeydiyyatdan keçirilib. Emissiyanın ümumi məbləği 5 milyon AZN-dir, həcmi 5000 ədəddir, hər bir istiqrazın nominal dəyəri - 1000 AZN-dir. 5 il müddətinə buraxılmış bu istiqrazlar üzrə kupon rüblük ödənişlə illik 14% təşkil edib.

Bu emissiyanın yerləşdirilməsi açıq abunə metodu üzrə PAŞA Bank və Unicapital broker şirkəti vasitəsilə həyata keçirilib. PAŞA Bank Unicapital broker şirkəti vasitəsilə yerləşdirmə üzrə anderayter kimi çıxış edib və PAŞA Kapital broker şirkəti vasitəsilə marketmeyker öhdəliklərini yerinə yetirəcək. Bu yerləşdirməni yerli qiymətli kağızlar bazarında 5 illik subordinasiya olunmuş istiqrazların ilk uğurlu açıq yerləşdirilməsi kimi də qiymətləndirmək olar.

PAŞA Bankın İdarə Heyətinin üzvü, İnvestisiyalar üzrə Baş Direktor (CİO) Taleh Kazımovun şərhinə əsasən, Bank artıq ikinci dəfədir ki, UniBank istiqrazlarının emissiyasını təmin edir:

«Ümumilikdə, bu  UniBank-la eyni qrupa daxil olan şirkətlər üçün artıq beşinci istiqraz buraxılışıdır, bu da öz növbəsində investorların bu qrupun kredit riskinə qarşı yüksək etimadını əks etdirir. Bu yerləşdirmə dinamikası qiymətli kağızlar bazarının cəlbediciliyinin daim artmasına dəlalət edir və bu da şübhəsiz ki, bütün yerli qiymətli kağızlar bazarının daha da inkişaf etməsinə müsbət təsir edəcək. Biz istiqrazların yerləşdirilməsi bazarında əsas oyunçulardan biri olaraq bizə olan etimadı yüksək qiymətləndiririk», – deyə Taleh Kazımov bildirib.

Xatırladaq ki, son iki ildən bir qədər artıq müddətin nəticələrinə əsasən PAŞA Bank tərəfindən artıq 102,4 milyon AZN məbləğində 10 korporativ istiqraz  buraxılışı həyata keçirilib. Bura  bank, telekommunikasiya və digər sektorlar daxildir.

PAŞA Bankın investisiya qoyuluşu istiqamətində apardığı işlərin nəticələri peşəkar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.  Bunun nəticəsidir ki, Bank 2011-ci və 2012-ci illərdə EMEA Finance nüfuzlu beynəlxalq maliyyə jurnalının «Azərbaycanın ən yaxşı investisiya Bankı» nominasiyası üzrə mükafatına layiq görülüb.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.