Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

Azərbaycan jurnalistləri PAŞA Bankın dəstəyi ilə Financial Times, BBC və Guardian ilə tanış olublar

Azərbaycanın ən iri banklarından biri  olan PAŞA Bank yerli kütləvi informasiya vasitələrinin, əsasən, iqtisadi və biznes xarakterli mövzuları işıqlandıran, işçilərinin peşəkar qabiliyyət və bacarıqlarının möhkəmləndirilməsinə yönəldilmiş layihəsini həyata keçirir.

Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın «British Council» ilə əməkdaşlıqda həyata keçirdiyi layihənin son mərhələsi yerli jurnalistlər qrupunun və bankın nümayəndələrinin Böyük Britaniyaya səfəri ilə yekunlaşıb. İşgüzar səfər çərçivəsində ölkəmizin media nümayəndələri nəinki xarici həmkarlarının təcrübəsi ilə, həm də bu ölkənin əsas təşkilatlarının və qurumlarının iş prinsipləri ilə tanış olublar. Belə ki, həftə ərzində Azərbaycan jurnalistləri Financial Times, BBC, Guardian kimi beynəlxalq miqyasda tanınan KİV-lərin redaksiyalarında olub, habelə ölkə parlamentində, London fond birjasında, Avropa Yenidənqurma və İnkişaf Bankında görüşlər keçirib və Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin nümayəndələri ilə işgüzar şam yeməyində iştirak ediblər.

«Biz bir Bank kimi, biznesin aparılmasının şəffaflığı və cəmiyyət üçün açıqlıq siyasətinin tərəfdarıyıq və iqtisadi mövzuları işıqlandıran Azərbaycan jurnalistlərinin yüksək bilik səviyyəsinə malik olmalarında və xarici həmkarları ilə birbaşa təcrübə mübadiləsi aparmalarında maraqlıyıq. Bu aspektdə, PAŞA Bankın “British Council”-dan olan tərəfdaşları ilə birgə reallaşdırdığı layihə yuxarıda qeyd edilən məqsədlərə nail olmaq üçün əla vasitədir», - deyə PAŞA Bankın İdarə Heyətinin sədri Fərid Axundov bu layihə ilə əlaqədar bildirib.

Layihənin əsas məqsədi iqtisadi və biznes mövzuları işıqlandıran aparıcı jurnalistlər qrupunun yaradılmasıdır. Qrupun üzvləri avropalı həmkarlarının çoxillik təcrübəsi ilə tanış olduqdan sonra əldə etdikləri bacarıqları ölkədə baş verən iqtisadi islahatların və müxtəlif biznes-proseslərin daha peşəkar səviyyədə işıqlandırılmasında və təhlilində istifadə edə biləcəklər.

 Bu cür layihələrin keçirilməsi PAŞA Bankın Sosial məsuliyyət proqramının mühüm bir hissəsidir.

Kollegial qərara əsasən, PAŞA Bankın və British Council-ın layihəsində iştirak etmək üçün ölkənin Azərtac, AzTV, İTV, ANS TV, Azadlıq radiosu, Exo, 1 News, Turan, Trend, ANN, Kaspi kimi mətbu və elektron KİV-ni, həmçinin radio və televiziyasını təmsil edən 11 jurnalist seçilib.

Yerli biznes-jurnalistikanın inkişafı üzrə yeni layihənin keçirilməsi barədə ilin ikinci yarısında məlumat veriləcək.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.