Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

Pasha Bank və British Council birgə esse müsabiqəsi elan edir

Ölkənin ən iri banklarından biri olan Paşa Bank British Council Azərbaycan ofisi ilə birlikdə esse müsabiqəsi elan edir.

Layihənin məqsədi – iqtisadi artım, islahatlar və inkişaf ilə bağlı məsələlərə nəzər salaraq, gələcək inkişaf uğrunda həyata keçirilən proseslərdə gəncləri daha fəal iştiraka həvəsləndirməkdir.

Müsabiqənin şərtlərinə uyğun olaraq, Esse yarışmasında Azərbaycanın ali təhsil müəssisələrinin  18-22 yaşlı tələbələri iştirak edə bilər. Esselər İngilis dilində aşağıdakı mövzularda yazılmalı və aşağıdakı mövzulardan birini əhatə etməlidir:

  • Maliyyə böhranı iqtisad modellərinin qeyri-effektivliyinə işarə etmişdirmi?
  • Nə üçün bəzi ölkələr zəngin, bəziləri isə yoxsuldur?
  • Bəzi ölkələr digərlərindən niyə daha tez inkişaf edir?
  • İqtisadi artıma təkan vermək üçün mərkəzi bank hansı addımları ata bilər və bilərmi?
  • Fərdi gəlirlər arasında artan fərqi aradan qaldırmaq üçün ölkə real olaraq hansı mümkün addımları ata bilər?
  • Qara dəniz regionunun 20 il bundan sonrakı vəziyyətini nə cür təsəvvür edirsiniz?

MÜKAFATLAR:

1-ci yer – Üç qalib 1 iyul – 9 avqust 2013-cü il müddətinə Londondakı King’s College təhsil müəssisəsinin yay məktəbində iştirak edəcək.

2-ci yer – Noutbuk

3-cü yer –  IPad

Esse müsabiqəsi üçün inşalar yalnız onlayn qəbul olunacaq. Esselər 30 aprel 2013-cü il tarixindən gec olmadan [email protected] elektron poçt ünvanına göndərilməlidir.

QAYDALAR:

  • Esselər 30 aprel 2013-cü il tarixinə qədər qəbul olunacaq.
  • Hər iştirakçı təklif edilmiş mövzuların yalnız birinə dair esse təqdim edə bilər.
  • İştirakçılar 18-22 yaş arasında olmalıdır.
  • Esse maksimum 2000 sözdən ibarət olmaqla ingilis dilində yazılmalıdır.
  • Bütün esselər yeni və orijinal olmalıdır. Əvvəlcələr nəşr edilmiş materiallar qəbul edilməyəcək. Hər növ plagiat halları avtomatik olaraq müsabiqədən kənarlaşdırma ilə nəticələnəcək (Plagiat hallarının istisna edilməsi üçün bütün esselər xüsusi proqram təminatı vasitəsilə yoxlanılacaq).
  • British Council və Paşa Bank qalib gələn esseləri nəşr etmək və onları ictimaiyyətə açıqlamaq hüququna malik olacaq.
  • Münsiflər heyətinin yekun qərarı dəyişilməz olacaq və bununla bağlı şikayətlər qəbul olunmayacaq.

Müsabiqə barədə daha ətraflı məlumatı www.britishcouncil.az saytından və ya  British Council-ın Proqramlar üzrə İcraçısı Könül Əhmədovadan almaq olar: Tel.: 4971593, 4972013, Faks: 4989236


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.