Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank SIBOS – 2012 forumunun işində iştirak edir


Bu gün Osaka şəhərində hər il dünyanın aparıcı kredit və maliyyə institutlarının minlərlə nümayəndələrini bir araya toplayan böyük beynəlxalq maliyyə forumu SIBOS işinə başlayır.  

Hər zaman olduğu kimi, forumun işində aparıcı bankların, maliyyə təşkilatları və korporasiyalarının nümayəndələri, eləcə də məsləhətçilər,  avadanlıq və proqram təminatının layihələndiriciləri və təchizatçıları iştirak edir. SIBOS forumunun sessiyalarında əsas diqqət beynəlxalq maliyyə sənayesinin inkişafında aktual məsələlərin müzakirəsinə yönəldilir, eyni zamanda, dünya bankları və böyük korporasiyaları arasında qarşılıqlı əlaqə, yeni maliyyə xidmətlərinin tətbiqi və kapital bazarlarının inkişafı, risk idarəetmə sistemlərinin təkmilləşdirilməsi  və bir sıra başqa məsələlər daxildir.

Keçən il olduğu kimi, bu il də tədbirdə “PAŞA Bank”ın iştirakı, bankın il ərzindəki imkanlarını və nailiyyətlərini təqdim etməsi üçün əlverişli məqamdır. "Bu, bizim fəal şəkildə iştirak etdiyimiz  üçüncü beynəlxalq SIBOS forumudur. Belə tədbirlər yeni iş əlaqələrinin yaranmasına imkanlar açır, bank işi sahəsində texnoloji yeniliklərlə və bir çox başqa məsələlərlə tanışlıq fürsəti yaradır. Bir sözlə, SIBOS beynəlxalq  bazar iştirakçılarına yeni üfüqlər açan “yeni bank platformasıdır", - deyə Bankın İdarə Heyətinin sədri Fərid Axundov bildirib.

Tədbir noyabrın 1-dək davam edəcək.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.