Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bankın dəstəyi ilə “BAKU Cup 2012” başlayır

21-28 iyul tarixlərində Bakıda qadınlar arasında WTA seriyalı “BAKU Cup 2012” beynəlxalq tennis turniri keçiriləcək.

Bu il yarış çərçivəsində ən güclü tennisçi adını qazanmaq uğrunda Azərbaycan, İtaliya, Rusiya, Ukrayna, Sloveniya, İspaniya, Macarıstan və digər ölkələri təmsil edən 32 idmançı qadın qüvvəsini sınayacaq. Ölkəmizi yarışda gənc tennisçi Kamilə Fərhad təmsil edəcək.

İdman yarışına Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Tennis Assosiasiyası, ARDNŞ, PAŞA Bank və digər təşkilatlar rəsmi dəstək göstərirlər.

WTA (Women’s Tennis Association – Qadın Tennis Assosiasiyası) seriyasına daxil olan turnirin mükafat fondu 220 min ABŞ dollarıdır. Bakı Tennis Akademiyasının kortlarında keçiriləcək oyunlara giriş pulsuzdur.
 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.