Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PASHA Bank ipoteka istiqrazları üçün market-meyker xidmətləri göstərməyə başlamışdır

Ölkənin sistem yaradan banklarından olan PAŞA Bank qiymətli kağızlar bazarında fəal iştirakını davam etdirir. PAŞA Bank artıq Azərbaycan İpoteka Fondunun ipoteka istiqrazları üçün market-meyker xidmətləri göstərməyə başlamışdır.

Bankın İdarə Heyətinin üzvü, İnvestisiyalar üzrə baş direktoru Taleh Kazımovun sözlərinə görə, bazardakı likvidlik nəzərə alınmaqla yeddiillik ipoteka kağızlarının (AZ200100868) gəlirliliyi ikinci bazarda 3 %-dən aşağı düşmüşdür və gəlirlilik hazırda 2,97% - 2,99% hədləri arasında müəyyənləşdirilir.

Bu günədək hazırkı koridorda adı çəkilən kağız üzrə təxminən 3,5 mln. AZN məbləğində sövdələşmələr aparılmışdır. Təmin edilmiş ipoteka istiqrazları olan bu kağızın borcunun ödənilməsinə 4 ildən az vaxt qalır.

Xatırladaq ki, PAŞA Bank həmçinin korporativ kağızlara da ilk dəfə olaraq market-meyker xidmətləri göstərməyə başlamışdı. Keçən ilin yekunlarına görə, Bank tərəfindən dörd emitentin (bank və telekommunikasiya sektoru da daxil olmaqla müxtəlif sahələri təmsil edən) təxminən 70,4 mln. AZN məbləğində korporativ istiqrazları buraxılmışdı.

PAŞA Bankın investisiya istiqamətində fəaliyyətinin nəticələri peşəkar ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş, bu səbəbdən nüfuzlu “EMEA Finance” beynəlxalq maliyyə jurnalının “Azərbaycanın ən yaxşı investisiya bankı” nominasiyası üzrə mükafatına layiq görülmüşdür.

PAŞA Bank yeni emitentlərin buraxılışını təşkil edərək bazarın peşəkar iştirakçısı kimi öz mövqeyini möhkəmləndirməyi davam etdirməyi və qiymətli kağızların təkrar bazarını inkişaf etdirməyi planlaşdırır.
 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.