Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank Azərbaycan istiqrazlarının kotirovkasını “Cbonds”da dərc etməyə başlayır

Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank yerli emitentlərin daxili istiqrazlarının kotirovkasını Rusiya, Azərbaycan, Ukrayna, Belarus, Qazaxıstan və Polşanın, eləcə də MDB və Şərqi Avropanın digər ölkələrinin borc kağızları bazarların işıqlandıran www.cbonds.info informasiya saytında dərc etməyə başlayır. Adı çəkilən veb-resurs qiymətli kağızlar bazarlarında, Emerging Markets və dünya bazarlarında baş verən hadisələrin tam mənzərəsini maksimum şəkildə təqdim edir.

Keçən ilin yekunlarına görə, PAŞA Bank tərəfindən dörd emitentin (bank və telekommunikasiya sektoru da daxil olmaqla müxtəlif sahələri təmsil edən) 90 mln. ABŞ dolları məbləğində korporativ istiqrazları buraxılmışdı.

Bu istiqamətdə işlərin fəal və uğurlu getdiyini nəzərə alaraq Bank peşəkar ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş, nüfuzlu “EMEA Finance” beynəlxalq maliyyə jurnalının “Azərbaycanın ən yaxşı investisiya bankı” nominasiyası üzrə mükafatına layiq görülmüşdür.

Bu ilin birinci yarısında da PAŞA Bank “Baghlan Group”un 150 mln. ABŞ dolları həcmində avrobondunun buraxılışının ortaq meneceri rolunda çıxış edərək avroistiqrazlarla irihəcmli sövdələşmə həyata keçirmişdir. İstiqrazların buraxılışının aparıcı meneceri isə BNP Paribas idi. Beləliklə, PAŞA Bank beynəlxalq istiqrazların buraxılışının ortaq meneceri olmuş ilk Azərbaycan bankıdır.

PAŞA Bank yeni emitentlərin buraxılışını təşkil edərək bazarın peşəkar iştirakçısı kimi öz mövqeyini möhkəmləndirməyi davam etdirməyi və iqiymətli kağızların təkrar bazarını inkişaf etdirməyi planlaşdırır.
 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.