Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

“PAŞA Bank”ın İdarə Heyətinin üzvü SWIFT istifadəçilərinin Milli Qrupunun yeni rəhbəri seçildi

Azərbaycan Banklar Assosiasiyasında 17 aprel tarixində keçirilən xüsusi İclasda SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) İstifadəçilərinin Milli Qrupunun yeni rəhbəri seçildi.     

Azərbaycan bank birliyinin nümayəndələrinin qərarına əsasən, bundan sonra bu vəzifəni Baş Əməliyyat İnzibatçısı (BƏA) və “PAŞA Bank”ın İdarə Heyətinin Üzvü Emil Hacıyev tutacaq. Qeyd etmək lazımdır ki, E. Hacıyev bu sahə üzrə təcrübəli mütəxəssisdir, və keçən il Azərbaycan Mərkəzi Bankının (AMB) Hesablaşmalar Departamentində SWIFT qrupuna rəhbərlik edirdi.  

Qeyd edək ki, SWIFT maliyyə telekommunikasiyaları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatdır. Hal-hazırda standartlaşdırılmış maliyyə məlumatlarının mübadiləsi üçün SWIFT şəbəkəsi (ildə təxminən 2,5 milyard ödəniş tapşırıqları) 200-dən artıq ölkədən 9000-dən artıq bank, maliyyə təşkilat və korporasiyalardan istifadə edir. SWIFT istifadəçilər arasında məlumatların ötürülməsinə görə maliyyə məsuliyyətini daşıyan yeganə təşkilatdır.     
 

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.