Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank Azərbaycanda ilk dəfə SAP SuccessFactors heyətin idarə edilməsi üzrə bulud həllini tətbiq edib

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank SAP SuccessFactors bulud həlli əsasında öz işçi heyətinin mükafatlandırılması və effektivliyinin idarə edilməsi proseslərini uğurlu şəkildə avtomatlaşdırdı.

Tətbiq olunan yeniliklər sayəsində Bank artıq ilk aylarda yeni heyətin məhsuldarlığının qiymətləndirilməsi sistemini qurub, bu isə tapşırıqların qoyulması vaxtını 3 dəfə azaldıb və SAP Human Capital Management (SAP HCM) sistemində aparılan əməkhaqqının hesablanma dəqiqliyini 50% artırıb. Ən yeni bulud həllərinin tətbiqi Banka əsas effektivlik göstəricilərinin yerinə yetirilməsinə nəzarətlə yanaşı, əməkdaşların səriştələrini qiymətləndirməyə və liderlik keyfiyyətlərini inkişaf etdirməyə imkan verəcək: bir-biri ilə əlaqəli bütün göstəricilər  vahid sistemdə nəzərə alınır. HR şöbəsinin mütəxəssisləri üçün nəzərdə tutulan analitik hesabatlar real vaxt rejimində avtomatik olaraq bir dəqiqədən az bir zamanda yaradılır.

Bankda tapşırıqların bir çoxu kollektivin qarşısında İdarə Heyətinin qəbul etdiyi qərarlara uyğun qoyulduğu üçün birbaşa rəhbərlər sistemdə bütün layihələrin yerinə yetirilmə statusunu, komanda tərkibini izləyir və bütün prosesi operativ şəkildə idarə edir. Bank əməkdaşları öz növbəsində məhsuldarlıqlarını sərbəst şəkildə izləyə və effektivliyin idarə olunması alqoritmlərini tənzimləyə bilir. Hesabat dövrünün yekunlarına görə əməkdaşlar aylıq kompensasiya barədə təfsilatlı forma ilə təmin olunur.

“İşçi heyətin ən yeni bulud həlləri əsasında idarə edilməsi proseslərinin avtomatlaşdırılması PAŞA Bankın fəaliyyətinin bir çox aspektlərində öz əksini tapıb, həmçinin Bankın korporativ mədəniyyətində bəzi dəyişikliklərə səbəb olub. Belə ki, əməkdaşlar ümumbank məqsədlərinə nail olmaq üçün daha ahəngdar işləməyə başlayıb, bu isə 2018-2020-ci illər Strateji dövrün çərçivəsində agile-metodologiyasının və rəqəmsal həllərin tətbiqi üzrə planlarımızı çox gözəl əks etdirir. Tapşırıqların daha dəqiq qoyulması və heyətin əsas effektivlik göstəricilərinin təfsilatı ilə hesablanması imkanı Bankda əsas proseslərə müsbət təsir edir və regional miqyaslı qabaqcıl maliyyə institutu kimi PAŞA Bankın mövqelərinin möhkəmləndirilməsinə öz töhfəsini verir”, - deyə PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov qeyd edib.

“SAP SuccessFactors həlli mürəkkəb strukturlu böyük kollektivlərdə vahid məqsədlərin qoyulması zəruriliyi ilə əlaqəli tapşırıqlar üçün optimaldır. Ümid edirik ki, PAŞA Bankda bu həllin uğurlu tətbiqi Azərbaycanda digər iri banklar üçün müsbət nümunə olacaq və onlar bulud həlləri vasitəsi ilə həyata keçirilən ən yaxşı dünya təcrübələrinə diqqət yetirəcək”, - deyə Azərbaycanda SAP nümayəndəliyinin direktoru Rüfət Hacıəlibəyov qeyd edib.

PAŞA Bankın gələcək planlarına SAP SuccessFactors Recruitment-in heyətin seçilməsi və işə götürülməsi, həmçinin SAP SuccessFactors Onboarding-in kadrların təlimi və peşəkar inkişafı üzrə modullar sisteminə inteqrasiya daxildir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.