Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank «Visa İnternational» tərəfindən sertifikatla mükafatlandırılıb

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank «Azərbaycanda Visa plastik kartları ilə nağdsız əməliyyat sayı üzrə ən sürətli artım tempinə nail olduğuna görə» «Visa International» beynəlxalq ödəniş sistemi tərəfindən sertifikatla təltif edilmişdir. 

Sertifikat «Visa International»-ın Azərbaycan, Belarus və Moldova ölkələri üzrə rəhbəri İqor Kovalev tərəfindən təqdim edilmişdir. 2012-ci ildən etibarən Bank bu beynəlxalq ödəniş sisteminin Prinsipial Üzvüdür.

Xatırladaq ki, PAŞA Bank həmçinin 2017-ci ilin yekunlarına görə yerli bazarda «Nağdsız ödənişlər üzrə Lider Bank» adına da layiq görülmüşdür. Bu mükafat illik əsasda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Banklar Assosiasiyası ilə tərəfdaşlıqda bank seqmentinin bütün iştirakçıları arasında keçirilən müsabiqə çərçivəsində verilmişdir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.