Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank 2016-cı ilin ilk 6 aylıq maliyyə nəticələrini açıqladı

PAŞA Bank 30 iyun 2016-cı il tarixinə bitən 6 ay üzrə özünün və törəmə banklarının (PASHA Bank Georgia və PASHA Yatırım Bankası A.Ş.) maliyyə nəticələrini mətbuat konfransında açıqladı. Tədbirdə spiker qismində Bankın İdarə Heyətinin Sədri Taleh Kazımov, İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Xəyalə Nağıyeva vəXəzinədarlıq Departamentinin Direktoru Bəhruz Nağıyev çıxış etdilər.

PAŞA Bank Azərbaycanın maliyyə sektorunda daha da genişlənərək, korporativ müştərilər və özəl bankçılıq seqmentlərində maliyyə xidmətləri göstərən, şəffaf biznes prinsiplərinə əməl edən aparıcı banklardan birinə çevrilməyi qarşısına məqsəd qoymuşdur. Bankın 2015-2017-ci illəri əhatə edən cari İnkişaf Strategiyanın əsas hədəflərindən biri aktivlərin yüksək keyfiyyətini saxlamaqdır. Bank mənfəət və risk arasında tarazlıq yaradaraq öz aktivlərini yüksək-likvidli və yarım-likvidli aktivlər arasında bölüşdürmüşdür.

PAŞA Bank məcmu kapitalını 450,426 min manat səviyyəsinə çatdıraraq bu göstəriciyə görə ən iri bank mövqeyini qoruyub saxlamışdır. 2015-ci ildə bu rəqəm 432,489 min manat təşkil edirdi.

Öz aktivlər portfelinin şaxələndirilməsi ilə bağlı qəbul etdiyi strateji qərar nəticəsində Bank müştərilərinə təklif etdiyi xidmətlərin düzgün balansını saxlamağa nail olmuşdur.

30 iyun 2016-cı iltarixinə olan vəziyyətə, Bankın aktivlərinin ümumi həcmi AZN 2,224,983 min manat təşkil etmişdir. 2015-ci il bu göstərici 2,292,739 min manat olmuşdur.

Bank aktivlərinin 30 iyun 2016-cı il tarixə olan bölgüsü aşağıdakı kimidir:

  • pul vəsaitləri  və pul vəsaitlərinin ekvivalentləri – 38%,
  • müştərilərə verilmiş kreditlər – 41%,
  • qiymətli kağızlar portfeli – 5%,
  • kredit təşkilatlarına verilən vəsaitlər – 10% və
  • qalan hissəsi-digər uzun-müddətli və cari aktivlər

Azərbaycan bazarında kreditlərin geri ödənməsinin tənəzzülə uğrayan balansını və Azərbaycanın əsasən xarici bizneslə məşğul olan korporativ müştəriləri və kiçik və orta sahibkarları (KOS) arasında getdikcə artan kredit tələbini nəzərə alaraq, PAŞA Bank böhranın davam etdiyi müddət ərzində öz güclü kapital mövqeyindən faydalanmışdır və özünü bazarda şəffaf və davamlı idarəçiliyə malik şirkətlərin güclü tərəfdaşı kimi göstərmişdir.

Bank ümumi portfelini 4% yüksəldərək kredit artımına (983,679 min manat) nail olmuşdur. 2015-ci ilin sonuna bu 949,848 min manat təşkil edirdi.

Portfel üzrə effektiv ehtiyat dərəcəsi 6.5% (2015 – 5.0%) təşkil etmişdir. Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarının (BMHS) tələblərinə uyğun olaraq və kredit riskləri üzrə qabaqcıl prinsiplərin tətbiq edilməsi nəticəsində, 30 iyun 2016-cı il tarixinə qeyri-işlək kreditlərin ümumi portfelə nisbəti 5.38% olmuşdur. 2015-ci il üçün bu göstərici 3.82% təşkil edirdi.

Bazarda tənəzzül müşahidə olunduğu dövrdə belə davamlı fəaliyyət göstərməyi və müştəriləri xidmətlərlə təmin etməyi sayəsində Bank son bir neçə il ərzində formalaşdırdığı münasibətlərdən bəhrələnməkdədir. Bunun nəticəsi olaraq, Bank 1,351,912 min manata bərabər balansı olan müştəri bazasını yaratmağa müvəffəq olmuşdur. Qeyd edilmiş müştəri bazası balansı əsasən müddətsiz və müddətli hesablar üzrə müvafiq olaraq 60% və 40% nisbətində formalaşmışdır (2015-ci ilin sonuna müvafiq olaraq 66% və 34% nisbətində).

Bankın 2016-ci ilin ilk 6 ayı üzrə xalis mənfəəti 2015-ci ilin eyni dövründə formalaşmış xalis mənfəət ilə müqayisədə (2,002 min manat) artaraq 24,416 min manat təşkil etdi. 2016-cı ilin ilk 6 ayı üzrə məcmu əməliyyat gəliri 86,300 min manat təşkil edir, bu isə 2015-ci ilin eyni dövrü üzrə əldə edilmiş 40,625 min manat ilə müqayisədə 112% artım deməkdir.

Bankın faiz gəliri 65,372 min manat təşkil etdiyi halda, qeyri-faiz gəlirləri 40,217 min manat olmuşdur və bunun nəticəsi olaraq Bankın ümumi əməliyyat gəlirlərində qeyri-faiz gəlirlərinin nisbəti 47% təşkil etmişdir.

Beynəlxalq maliyyə təşkilatları ilə aparılmış əhatəli danışıqlar nəticəsində PAŞA Bank daha geniş çeşidli maliyyə alətlərindən istifadə imkanını əldə etməklə öz korporativ müştərilərinə daha şaxəli ticarətin maliyyələşdirilməsi xidmətlərini təmin etməyə, iki beynəlxalq kredit agentliyinin kredit reytinqini adlıqdan sonra isə maliyyələşdirmə resursları üçün daha əlverişli şərtlər qazanmağa müvəffəq olmuşdur. Paralel olaraq, institusional səviyyədə Bank öz müştərilərinin vaxtlı-vaxtında və peşəkar xidmətləri təmin etmək potensialını gücləndirmək üçün müxtəlif növ seminar və təlim sessiyaları keçirmişdir. Sənədli əməliyyatların balansı (o cümlədən post-maliyyələşdirmə) 318,243 min manat təşkil etmişdir, 2015-ci ildə isə bu göstərici 347,134  min manat təşkil etmişdir. PAŞA Bankın 2016-cı il üçün cari strateji hədəfi 271,440 min manat təşkil edir.

Bank AMB-nin müəyyən etdiyi 18%-lik kapital tələblərinə müvafiq olaraq proqnozlaşdırılmış baza kapitalının adekvatlığı əmsalına nail olmuşdur (2015-ci ildə – 17% təşkil etmişdir). Bazel II və BASEL III normativləri tamamlandıqdan sonra Bank əsas diqqəti tələb olunan kapital həcmlərinin formalaşdırılması, həmçinin kapitalın dividentlər vasitəsi ilə səhmdarlara qaytarılması üzərində cəmləşdirməyə davam edəcək.

PAŞA Bank müştərilərə rəqabət qabiliyyətli və mütərəqqi məhsullar təklif etməklə korporativ bazar payını daha da artırmaqla Azərbaycan bazarının liderinə çevrilmək istiqamətində səylərini davam etdirir.

Aktivlərin keyfiyyəti və müştərilər üçün düzgün maliyyə qərarlarını qəbul edilməsi hələ də bir nömrəli prioritetdir və Bank ildən ilə bu yanaşmanı daha da təkmilləşdirməyə sərmayə yatırmağı davam etdirir. Azərbaycanda regional yerli banka çevrilməklə, PAŞA Bank yerli bankçılıqda münasibətlərə köklənmiş bankçılıq və kredit risklərinin anderraytinqi konsepsiyasını təqdim etmişdir, bu isə aktivlərin keyfiyyətində və dəyişkən iqtisadi mühitdə belə gəlirin əldə edilməsindəözünü büruzə vermişdir. İddiali bir bank olaraq PAŞA Bank son illərdə yeni zirvələri dəf edərək regional Banka çevrilmişdir. Daha geniş miqyasda fəaliyyət göstərən Bank gündəlik əsasda qəbul edilən hər bir qərarda öz məsuliyyətini bütünlüklə dərk edir. Investisiya və maliyyə aspektləri ilə bağlı qərarlar müvafiq ölçü vahidlərinə əsaslanır və uzunmüddətli və davamlı artım konsepsiyasını əks etdirir. Bank BMHS –na müvafiq olaraq yerli bank seqmentində unikal və mürəkkəb daxili və xarici maliyyə hesabatlılıq standartlarını tətbiq etməklə öz tərəfdaşları qarşısında ən yüksək hesabatlılıq yanaşmasını nümayiş etdirir.

PAŞA Bank ASC Azərbaycanın ilk regional yerli Bankı olaraq BMHS-na müvafiq olaraq 2016-ci il ilk 6 ayı üzrə müsbət inkişaf meyllərini əks etdirən maliyyə nəticələrini təqdim etməkdən şərəf duyur.

 

*başqa tarix qeyd edilməyibsə, bütün rəqəmlər 30 iyun 2016-cı il tarixinə verilmişdir və birləşdirilmiş audit edilmiş maliyyə hesabatlarına əsaslanır.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.