Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank beynəlxalq mikromaliyyə konfransının baş sponsoru oldu

6-7 oktyabr 2016-ci il tarixində Bakıda “Üfüqdə yenı ımkanlar: çətınlıklərı perspektivlərə çevirək” mövzusunda beynəlxalq konfrans keçirilib. Ölkənin ən böyük banklarından biri olan PAŞA Bank tədbirin baş sponsoru qismində çıxış edib.

Tədbir iştirakçıları Azərbaycan mikromaliyyə bazarında sağlam kreditləşmə və məsuliyyətli borclanma, uzunmüddətli qənaət və investisiyalar üçün maliyyə savadlılığı, kiçik fermerlərin ehtiyaclarını qarşılamaq üçün innovativ kənd təsərrüfatı vasitələrinin tətbiqi, maliyyə təşkilatlarında qiymət siyasətinin optimallaşdırılmasıvə s. məsələləri müzakirə ediblər.

Konfransın spikeri qismində çıxış edən PAŞA Bankın Baş kommersiya direktoru Melih Mengü öz nitqində qeyd etdiyi kimi, Bank korporativ müştərilər və özəl bankçılıq seqmentlərində geniş maliyyə xidmətləri göstərən, şəffaf biznes prinsiplərinə əməl edən aparıcı banklardan biridir.

“Eyni prinsiplər əsasında PAŞA Bank mikromaliyyə təşkilatları ilə əməkdaşlıq edir və son illər bu əməkdaşlıq daha da möhkəmlənməkdədir. Nəticədə mikromaliyyə sahəsinə ayrılmış maliyyə vəsaitinin  həcmi 70 milyon manat təşkil etmişdir. Gələcəkdə də fəaliyyəti şəffaf olan, kredit portfelinin idarə edilməsinin monitorinqi və risklərin idarə edilməsi praktikasına malik olan mikromaliyyə təşkilatlarının maliyyələşdirilməsini həyata keçirməyə hazırıq”, - deyə M. Mengüyekünlaşdırdı.

Qeyd edək ki, Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən (AMFA) həyata keçirilən konfransda bu il Türkiyə, ABŞ, Almaniya, Rusiya, Qazaxıstan, Ukrayna, Bolqarıstan, İtaliya və s. ölkələrdən bir sıra beynəlxalq və yerli yatırım şirkətlərinin və xidmət təminatçılarının, mikromaliyyə və ixtisaslaşmış maliyyə ekspertləri olmaqla 130 yaxın nümayəndə iştirak edib.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.