Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank SIBOS 2016 beynəlxalq forumda çıxış edib

Azərbaycanın ən iri banklarından biri – PAŞA Bank – bu həftə Cenevrədə keçirilən SIBOS 2016 Beynəlxalq Maliyyə Sənayesi Sərgi-forumunda iştirak edib. Həmişə olduğu kimi, tədbirin işində aparıcı beynəlxalq bankların, maliyyə strukturlarının və korporasiyaların nümayəndələri, habelə müstəqil konsultantlar, maliyyə sektoru  üzrə proqram təminatlarının layihəçiləri və təchizatçıları iştirak edib.

Bu il SİBOS-un iclaslarında beynəlxalq maliyyə bazarlarının hazırkı vəziyyəti, “rəqəmsal bankçılıq” modelinə keçid aspektləri, sektorda son texnoloji meyllər, komplayens və risk-menecmentdə yeniliklərin tətbiqi, habelə bank sənayesinin bir çox digər aktual inkişaf məsələləri əsas müzakirə mövzuları sırasındadır.

PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə, tədbirin miqyasını nəzərə alaraq, SİBOS beynəlxalq forumu bütün dünya maliyyə sektorunun gələcək inkişaf meyllərini müəyyən edən məsələlərin həll olunduğu biznes-meydançaya çevrilib.

T. Kazımov yekunlaşdıraraq, qeyd etmişdir ki: “Bu mühüm bank tədbirində sayca 7-ci iştirakımızı təkcə imkanlarımızın və ötən il ərzində əldə etdiyimiz nailiyyətlərin təqdim edilməsi prizmasından deyil, həm də bazarın liderləri ilə yeni işgüzar əlaqələrin qurulması və texnoloji yenilikləri ilə tanışlıq prizmasından qiymətləndiririk. Bu səbəbdən SIBOS sərgi-forumu çərçivəsində dünyanın aparıcı maliyyə institutları ilə işgüzar görüşlərimiz keçirilib. Görüşlərin əsas mövzuları ikitərəfli münasibətlərin inkişafı, təcrübə mübadiləsi və ən başlıcası – PAŞA Bankın fəaliyyət göstərdiyi ölkələr olan Azərbaycan, Türkiyə və Gürcüstanın iş adamları üçün dünya arenasında fəaliyyət imkanlarının genişləndirilməsi idi”.

Qeyd edək ki, SIBOS Ümumdünya Banklar-arası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (Society For Worldwide Interbank Financial Telecommunication, SWIFT) təşkilatçılığı ilə həyata keçirilmişdir. Növbəti forum Kanadanın Toronto şəhərində baş tutacaq.

 

PAŞA Bank 

Əmir Məmmədov

Korporativ Kommunikasiyalar Departamenti

Telefon: 012 496 5000

Elektron poçt ünvanı: [email protected]

 

Bank haqqında:

PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə dəkreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 430 çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adınalayiq görülmüşdür. 2014-2015 illərdə “EMEA Finance” PAŞA Bankı "Azərbaycanın Ən Yaxşı Bankı" adlandırmışdırlar.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.       

www.pashabank.az


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.