Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank hər il keçirilən AmCham piknikinin sponsoru oldu

İyulun 9-da Amerikanın Azərbaycandakı Ticarət Palatası (AmCham) Bakıda hər il yerli biznes nümayəndələrini və onların ailələrini qeyri-rəsmi şəraitdə bir yerə toplayan ənənəvi piknik keçirib. Ötən illərdə olduğu kimi, tədbirin əsas sponsorları sırasında Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank da var idi.

PAŞA Bankın Korporativ Kommunikasiyalar Departamentinin direktoru Sona Abbasovanın tədbir iştirakçılarına müraciətində söylədiyi kimi, Bank artıq bir neçə ildir ki, Amerikanın Azərbaycandakı Ticarət Palatasının üzvü və bu tədbirin daimi sponsorudur.

S.Abbasova qeyd edib ki: “Real sektorun etibarlı tərəfdaşı mövqeyini tutan PAŞA Bank yerli biznesin dəstəklənməsinə böyük diqqət ayırır. Bu cür qeyri-rəsmi tədbirlərdə iştirak mövcud biznes-münasibətlərin inkişafına şərait yaratmaqla yanaşı, həm də sahibkarlar arasında yeni işgüzar əlaqələrin qurulmasınında təməlini qoyur”.

Qeyd edək ki, bu il tədbirdə təxminən 700 nəfər iştirak edib.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.