Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank 2015-cü ilin maliyyə nəticələrini açıqladı

PAŞA Bank 31 dekabr 2015-cü il tarixinə bitən il üzrə özünün və törəmə banklarınin (PASHA Bank Georgia və PASHA Yatırım Bankası A.Ş.) maliyyə nəticələrini mətbuat konfransında açıqladı. Tədbirdə spiker qismində Bankın İdarə Heyətinin Sədri Taleh Kazımov, İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Xəyalə Nağıyeva və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru Sona Abbasova çıxış etdilər.

PAŞA Bank Azərbaycanın maliyyə sektorunda daha da genişlənərək, korporativ müştərilər və özəl bankçılıq seqmentlərində maliyyə xidmətləri göstərən, şəffaf biznes prinsiplərinə əməl edən aparıcı banklardan birinə çevrilməyi qarşısına məqsəd qoymuşdur. Bankın 2015-2017-ci illəri əhatə edən cari İnkişaf Strategiyanın əsas hədəflərindən biri aktivlərin yüksək keyfiyyətini saxlamaqdır. Bank mənfəət və risk arasında tarazlıq yaradaraq öz aktivlərini yüksək-likvidli və yarım-likvidli aktivlər arasında bölüşdürmüşdür.

PAŞA Bank məcmu kapitalını 432,489 min manat (277,343 min ABŞ dolları1) səviyyəsinə çatdıraraq bu göstəriciyə görə ən iri bank mövqeyini qoruyub saxlamışdır (2014-cü ildə bu rəqəm 323,706 min manat (412,680 min ABŞ min ABŞ dolları3 ) təşkil edirdi.

Öz aktivlər portfelinin şaxələndirilməsi ilə bağlı qəbul etdiyi strateji qərar nəticəsində Bank müştərilərinə təklif etdiyi xidmətlərin düzgün balansını saxlamağa nail olmuşdur.

31 dekabr 2015-ci ilə olan vəziyyətə, Bankın aktivlərinin ümumi həcmi AZN 2,292,739 min /USD 1,470,270 min ABŞ dolları1) təşkil etmişdir ki, bu, keçən ilin müvafiq dövrü üzrə göstəricilərlə (AZN 1,273,258 min (1,623,225 min ABŞ dolları3) müqayisədə 80% artım deməkdir. (Xarici valyuta mübadiləsinin təsiri 2015-ci ildə baş vermiş devalvasiya ilə bağlı 497,081 manat olmuşdur, beləliklə də, mütləq mənada artım 41% təşkil etmişdir).

Bank aktivlərinin 31 dekabr 2015-ci il tarixə olan bölgüsü aşağıdakı kimidir:

  • pul vəsaitləri  və pul vəsaitlərinin ekvivalentləri – 45%,
  • müştərilərə verilmiş kreditlər – 39%,
  • qiymətli kağızlar portfeli – 6%
  • kredit təşkilatlarına verilən vəsaitlər – 6% və
  • qalan hissəsi-digər uzun-müddətli və cari aktivlər

Azərbaycan bazarında kreditlərin geri ödənməsinin tənəzzülə uğrayan balansını və Azərbaycanın əsasən xarici bizneslə məşğul olan korporativ müştəriləri və kiçik və orta sahibkarları (KOS) arasında getdikcə artan kredit tələbini nəzərə alaraq, PAŞA Bank böhranın davam etdiyi müddət ərzində öz güclü kapital mövqeyindən faydalanmışdır və özünü bazarda şəffaf və davamlı idarəçiliyə malik şirkətlərin güclü tərəfdaşı kimi göstərmişdir.

Bank ümumi portfelini 66% (949,848 min manat (609,111 min ABŞ dolları1)) yüksəldərək güclü kredit artımına nail olmuşdur (2014-cü ilin sonuna bu 573,642 min manat (731,313 min ABŞ dolları3) təşkil edirdi). Xarici valyuta mübadiləsinin təsiri 2015-ci ildə baş vermiş devalvasiya ilə bağlı olaraq 118,250 manat olmuşdur, beləliklə də, mütləq artım 45% idi.

Portfel üzrə effektiv ehtiyat dərəcəsi 5% (2014 – 6.1%) təşkil etmişdir. Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarının (BMHS) tələblərinə uyğun olaraq və kredit riskləri üzrə qabaqcıl prinsiplərin tətbiq edilməsi nəticəsində, 2015-ci ildə qeyri-işlək kreditlərin ümumi portfelə nisbəti öncəki ilin eyni dövrü ilə müqayisədə 10.76%-dən 3.82%-ə düşdü. Bununla belə, Bank paralel olaraq qeyri işlək kreditlərə yanaşmada daha konservativ daxili metodologiya tətbiq edir və yerli normativ tələbləri nəzərə almaqla, Bankın Kredit Komitəsinin və İdarə Heyətinin ciddi nəzarəti altında saxlayır.

Bankın qeyri işlək kreditlərin idarə edilməsinə dair özünün müəyyən etdiyi daxili qiymətləndirmə əsasında vaxtı keçmiş kreditlər ümumi portfeldə 5.84%-dən (2014-cü il başa çatmış müddət üçün) 8.68%-ə (2015-ci il başa çatmış dövr üçün) artdı ki, bu da cari bazar şəraiti ilə izah olunur.

Bazarda tənəzzül müşahidə olunduğu dövrdə belə davamlı fəaliyyət göstərməyi və müştəriləri xidmətlərlə təmin etməyi sayəsində Bank son bir neçə il ərzində formalaşdırdığı münasibətlərdən bəhrələnməkdədir. Bunun nəticəsi olaraq, Bank 1,374,113 min manata (881,181 min ABŞ dolları1) bərabər balansı olan müştəri bazasını yaratmağa müvəffəq olmuşdur. Qeyd edilmiş müştəri bazası balansı əsasən müddətsiz və müddətli hesablar üzrə müvafiq olaraq 66% və 34% nisbətində formalaşmışdır (2014-cü ilin sonuna müvafiq olaraq 79% və 21% nisbətində).

Bankın 2015-ci ildə başa çatmış 12 ayı üzrə xalis mənfəəti 2014-cü ilin eyni dövründə formalaşmış xalis itki ilə müqayisədə (2,796 min manat/3,565 min ABŞ dolları4) 14,383 min manat (13,984 min ABŞ dolları2) təşkil etdi. 2015-ci ildə başa çatmış 12 ayı üzrə məcmu əməliyyat gəliri 116,253 min manat (113,032 min ABŞ dolları2) təşkil edir, bu isə 2014-cü ilin eyni dövrü üzrə əldə edilmiş 60,205 min manat ilə müqayisədə (76,753 min ABŞ dolları4) 93% artım deməkdir.

Bankın faiz gəliri 100,280 min manat (97,501 min ABŞ dolları2) təşkil etdiyi halda, qeyri-faiz gəlirləri 40,308 min manat (39,191 min ABŞ dolları2) olmuşdur və bunun nəticəsi olaraq Bankın ümumi əməliyyat gəlirlərində qeyri-faiz gəlirlərinin nisbəti 35% təşkil etmişdir.

2015-ci ildə ölkədə baş vermiş iki devalvasiyadan sonra qısa müddətli maliyyə alətlərinə tələb çox yüksək idi və manat, ABŞ dolları və Avro üzrə likvid mövqeyə malik olmağı Bankı kredit vəsaitlərini ayırmağa və bunun hesabına faiz gəlirlərini əldə etməyə həvəsləndirmişdir.

2015-ci ildə Bank korporativ müştərilərinə mürəkkəb maliyyə alətləri ilə bağlı xidmətləri, yəni valyuta əməliyyatları üzrə derivativ xidmətlərini təmin etməyi davam etdirmişdir. Korporativ müştərilərinin sayının və onların dövriyyəsinin artması Bankın 2015-ci il üzrə mənfəət göstəricilərinə öz müsbət təsirini göstərmişdir. Bundan başqa, xarici valyutanın alışı/satışı üzrə dövriyyələrin formalaşması Banka maraqlı müştərilərə derivativ xidmətlərini təklif etməyə imkan vermişdir, bu da mənfəət əldə etməyə yardım edən amil oldu. Bu əməliyyatların nəticəsində Bank 5,467 min manat (5,316 min ABŞ dolları) mənfəət əldə etmişdir.

2015-ci ildə Bankın əməkdaşlarına çəkdiyi xərclər 2014-cü illə müqayisədə demək olar ki, iki dəfə artmışdır. Artım Bankın baş ofisində və Gürcüstan və Türkiyə ofislərində işçi bazasının artmasından qaynaqlanırdı. 2016-cı il üzrə məcmu işçi heyət xərcləri 21,835 min manat (21,230 min ABŞ dolları) olduğu halda, 2014-cü ildə bu rəqəm 11,006 min manat (10,701 min ABŞ dolları) təşkil etmişdir.

Beynəlxalq maliyyə təşkilatları ilə aparılmış əhatəli danışıqlar nəticəsində PAŞA Bank daha geniş çeşidli maliyyə alətlərindən istifadə imkanını əldə etməklə öz korporativ müştərilərinə daha şaxəli ticarətin maliyyələşdirilməsi xidmətlərini təmin etməyə, iki beynəlxalq kredit agentliyinin kredit reytinqini adlıqdan sonra isə maliyyələşdirmə resursları üçün daha əlverişli şərtlər qazanmağa müvəffəq olmuşdur. Paralel olaraq, institusional səviyyədə Bank öz müştərilərinin vaxtlı-vaxtında və peşəkar xidmətləri təmin etmək potensialını gücləndirmək üçün müxtəlif növ seminar və təlim sessiyaları keçirmişdir. Sənədli əməliyyatların balansı (o cümlədən post-maliyyələşdirmə) 347,134 min manat (222,607 min ABŞ dolları1) təşkil etmişdir, 2014-cü ildə isə bu göstərici 147,049 min manat (187,467 min ABŞ dolları3) təşkil etmişdir. PAŞA Bankın 2016-cı il üçün cari strateji hədəfi 271,440 min manat (174,067 min ABŞ doları1) təşkil edir.

Bank AMB-nin müəyyən etdiyi 17%-lik kapital tələblərinə müvafiq olaraq proqnozlaşdırılmış baza kapitalının adekvatlığı əmsalına nail olmuşdur (2014 ildə – 33% təşkil etmişdir). Bazel II və BASEL III normativləri tamamlandıqdan sonra Bank əsas diqqəti tələb olunan kapital həcmlərinin formalaşdırılması, həmçinin kapitalın dividentlər vasitəsi ilə səhmdarlara qaytarılması üzərində cəmləşdirməyə davam edəcək.

PAŞA Bank müştərilərə rəqabət qabiliyyətli və mütərəqqi məhsullar təklif etməklə korporativ və KOS seqmentlərində bazar payını daha da artırmaqla Azərbaycan bazarının liderinə çevrilmək istiqamətində səylərini davam etdirir.

Aktivlərin keyfiyyəti və müştərilər üçün düzgün maliyyə qərarlarını qəbul edilməsi hələ də bir nömrəli prioritetdir və Bank ildən ilə bu yanaşmanı daha da təkmilləşdirməyə sərmayə yatırmağı davam etdirir. Azərbaycanda regional yerli banka çevrilməklə, PAŞA Bank yerli bankçılıqda münasibətlərə köklənmiş bankçılıq və kredit risklərinin anderraytinqi konsepsiyasını təqdim etmişdir, bu isə özünü aktivlərin keyfiyyətində və burulğanlı iqtisadi mühitdə belə gəlirin əldə edilməsində büruzə vermişdir. İddiali bir bank olaraq PAŞA Bank son illərdə yeni zirvələri dəf edərək regional Banka çevrilmişdir. Daha geniş miqyasda fəaliyyət göstərən Bank gündəlik əsasda qəbul edilən hər bir qərarda öz məsuliyyətini bütünlüklə dərk edir. Investisiya və maliyyə aspektləri ilə bağlı qərarlar müvafiq ölçü vahidlərinə əsaslanır və uzunmüddətli və davamlı artım konsepsiyasını əks etdirir. Bank BMHS –na müvafiq olaraq yerli bank seqmentində unikal və mürəkkəb daxili və xarici maliyyə hesabatlılıq standartlarını tətbiq etməklə öz tərəfdaşları qarşısında ən yüksək hesabatlılıq yanaşmasını nümayiş etdirir.

PAŞA Bank ASC Azərbaycanın ilk regional yerli Bankı olaraq BMHS-na müvafiq olaraq 2015-ci il üzrə müsbət inkişaf meyllərini əks etdirən maliyyə nəticələrini təqdim etməkdən şərəf duyur.

_______________________

*başqa tarix qeyd edilməyibsə, bütün rəqəmlər 31 dekabr 2015-ci il tarixinə verilmişdir və birləşdirilmiş audit edilmiş maliyyə hesabatlarına əsaslanır.

*Manatdan ABŞ dollarına çevirmək üçün növbəti mübadilə kurslarından istifadə edilmişdir:

- 12015 balans vərəqi bəndləri: 1.5594 (31.12.2015-ci ilə mübadilə kursu)

- 22015 Mənfəət və itki bəndləri: 1.0285 (2015-ci il üçün orta mübadilə kursu)

- 32014 balans vərəqi bəndləri: 0.7844 (31.12.2014-cü ilə mübadilə kursu)

- 42014 Mənfəət və itki bəndləri: 0.7844 (2014-cü il üçün orta mübadilə kursu)


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.