Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank AYİB-nın İşgüzar forumunda iştirak edir

11 may tarixində Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar şurasının 25-ci İllik iclası, habelə eyni vaxta təsadüf edən beynəlxalq işgüzar forum açıq elan edilmişdir. Bu il işgüzar forumun bütün tədbirləri “Növbəti 25 il üçün dəyişiklikləri müəyyən edirik” adı altında keçirilir. Bu tədbirlərdə qısa və orta müddətli perspektivdə AYİB-nın fəaliyyət göstərdiyi regionun üzləşə biləcəyi risklər və problemlər, dayanıqlı inkişaf, enerjidən səmərəli istifadənin təmin edilməsi, özəl sektorun inkişaf etdirilməsi və digər bu kimi məsələlərin müzakirə edilməsi gözlənilir.

Ənənəyə uyğun olaraq, işgüzar forum çərçivəsində region ölkələrinə həsr olunan xüsusi iclaslar təşkil olunub. Bu iclasları keçirməkdə əsas məqsəd həmin dövlətlərin iqtisadi potensialını və sərmayə imkanlarını xarici tərəfdaşlara nümayiş etdirməkdir. Biznes fəaliyyət üçün əlverişli imkanlar haqqında müfəssəl məlumatın təqdim edilməsi ilə yanaşı, bu iclaslar çərçivəsində dövlət idarələrinin, maliyyə qurumlarının məruzəçilərinin və işgüzar dairələrin digər nümayəndələrinin iştirakı ilə fəal müzakirələr keçirilir.

Bu il birinci iclas Azərbaycanda işgüzar mühitə və onun inkişaf etdirilməsi imkanlarına həsr olunmuşdur. Ölkənin İqtisadiyyat və Sənaye Nazirliyi, PAŞA Bank, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Sərmayə Şirkəti, Holcim şirkəti və s. kimi dövlət strukturları və özəl təşkilatların nümayəndələri bu tədbirdə natiq qismində çıxış etdilər.

Bu iclasda natiq qismində çıxış edərkən, PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov Azərbaycan bank sektorunun carı vəziyyəti və onun gələcək inkişaf perspektivləri haqqında tədbir iştirakçılarına öz fikirlərini çatdırmışdır.

«Dünyada müşahidə olunan makroiqtisadi problemlərin kəskinləşməsi və neft qiymətlərinin aşağı düşməsi fonunda, dövlət tərəfindən bir sıra iqtisadi təşəbbüslərin həyata keçirilməsi fərdi olaraq biznes mühitinə, ümumilikdə isə iqtisadiyyata müsbət təsir göstərməkdədir. Yerli sahibkarların dəstəklənməsinə, xüsusilə qeyri-neft sektorunun inkişaf etdirilməsinə yönəlmiş iqtisadi islahatlar tam sürətlə həyata keçirilir; gömrük və vergi orqanlarının uğurlu islahatları davam etdirilir, bu isə ölkədə investisiya mühitinin yaxşılaşmasına mütləq təsir göstərəcək. Öz növbəsində PAŞA Bank ölkənin aparıcı banklarından biri olaraq qeyri-neft sektorunun sahibkarlarını fəal surətdə dəstəkləyir və iqtisadiyyatın şaxələndirilməsinə töhfə verir. Maliyyə tərəfdaşı qismində öz mövqeyimizi gücləndirərək biz öz müştərilərimizin hər birinə fərdi yanaşırıq və real sektorun dəstəklənməsini davam etdirməyə və müştərilərimizə regional və beynəlxalq arenada bu biznes fəaliyyətləri üçün rəqabət qabiliyyətli üstünlüklərdən bəhrələnmələrinə dəstəklənməyə hazırıq”, - deyə PAŞA Bankın rəhbəri öz fikrini yekunlaşdırdı.

Qeyd etmək lazımdır ki, hər il AYİB-nın işgüzar forumunda dünyanın 65-dən çox ölkəsindən olan müxtəlif dövlət və özəl strukturların 2.000 nəfərdən çox nümayəndəsi iştirak edir. Forum sabah, 12 may tarixində başa çatacaq.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.