Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bankın yeni Sədr müavini təyin olunub

Müşahidə Şurasının qərarı ilə PAŞA Bankın yeni Sədr müavini təyin olunub. Sədr müavini vəzifəsinə öncə Bankın İdarə Heyəti Sədrinin biznesin inkişafı üzrə müşaviri vəzifəsini tutmuş Cavid Quliyev təyin olunub.

C. Quliyev 1994-cü ildə Azərbaycan Dillər Universitetinin xarici dillər fakültəsini bitirib. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini bitirməklə, ikinci ali təhsil alıb.

C. Quliyev öz əmək fəaliyyətini 1996-cı ildə, “British Bank of the Middle East” bankında (HSBC bankının törəmə bankı) Müştəri Xidməti Departamentinin Direktoru vəzifəsində başlayıb, 1999-cu ildə o, öz fəaliyyətini həmin bankın Maliyyə Nəzarəti Departamentinin Direktoru kimi davam etdirib. Elə həmin ildə C. Quliyev HSBC banklar qrupunun İdarəetmə Kollecini (“HSBC Group”-un Təlim İdarəetməsi Kolleci) bitirib.

2003-2014-ci illər arasındakı dövrdə o, ölkənin aparıcı banklarında rəhbər vəzifələrdə, həmçinin “Capital Resources Advisors” şirkətinin Azərbaycan filialının maliyyə məsələləri üzrə icraçı direktoru vəzifəsində çalışmışdır. 2014-cü ildə C. Quliyev PAŞA Holdinq şirkətində baş müşavir vəzifəsinə təyinat alıb.

C. Quliyev PAŞA Bankda öz əmək fəaliyyətini 2015-ci ildə, Bankın İdarə Heyəti Sədrinin biznesin inkişafı üzrə müşaviri vəzifəsində başlayıb. 22 fevral 2016-cı ildə C. Quliyev PAŞA Bankın İdarə Heyəti Sədrinin müavini vəzifəsinə təyin edilib.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.