Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

Standard&Poor’s agentliyi PAŞA Bankın reytinqini təsdiqlədi

17 fevral 2016-cı il tarixində Standard&Poor’s beynəlxalq reytinq agentliyi Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın reytinqini təsdiqlədi. Belə ki, emitent defoltunun uzunmüddətli reytinqi (“EDR”) “ВВ-” səviyyəsində, qısamüddətli EDR isə “В” səviyyəsində təsdiqləndi.

Öz hesabatında “Standard&Poor’s” qeyd edir ki, PAŞA Bank Azərbaycanın bank sektoru üçün mühüm rol oynayır. Müsbət dəyərləndirməyə təsir etmiş amillər arasında reytinq agentliyi PAŞA Bankın dayanaqlı bazar mövqeyini və əhəmiyyətli kapital ehtiyatını qeyd edir ki, bunlar da Bankın bazarda sabit mövqeyini təmin edir.

PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə, Azərbaycanın özəl banklarının reytinqləri arasında ən yaxşılardan biri olan bu reytinqin bir daha təsdiq edilməsi sözsüz ki, Bankın beynəlxalq maliyyə ictimaiyyəti tərəfindən müsbət qəbul edildiyini nümayiş etdirir.

“Regionda və dünyada makroiqtisadi risklərin artmasına baxmayaraq, Standard&Poor’s agentliyinin ekspertləri PAŞA Bankın etibarlılığını və güclü bazar mövqelərini təsdiqləyirlər. Özümüzü regional korporativ investisiya bankı və real sektor tərəfdaşı kimi mövqeləndirməklə biz, dünya bazarlarında yaranan vəziyyətlərdən asılı olmayaraq müştərilərimizi peşəkar ekspertiza, fərdi xidmətlə, eləcə də onların bizneslərinə maliyyə dəstəyi təmin etməklə onlara dəstək olmağa davam edirik” - deyə T. Kazımov bildirdi.

Xatırladaq ki, “Standard&Poor’s” agentliyi tərəfindən PAŞA Banka verilmiş reytinq 100% yerli kapitala malik olan Azərbaycanın bütün özəl bankları arasında ən yüksək reytinqlərdən biridir.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.