Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bankın dəstəyi ilə “Davamlı Müəssisənin İnkişaf Proqramı”nın yekun mərhələsi keçirildi

12 fevral 2016-cı il tarixində ölkənin ən iri banklarından biri olan - PAŞA Bankın dəstəyi ilə Gənclər və idman nazirliyi və Azərbaycan gənclərinin nailiyyəti ictimai birliyi region gənclərinin sahibkarlıq fəaliyyətinin inkişafına yönəlmiş “Davamlı Müəssisənin İnkişaf Proqramı”nın yekun mərhələsinə həsr olunmuş “Biznes Günü” tədbirini keçiriblər.

Öz giriş nitqində PAŞA Bankın İdarə Heyətinin Üzvü, Baş Hüquq Inzibatçısı Şirin Əliyeva vurğulamışdır ki, bir maliyyə qurumu kimi müxtəlif növ bank xidmət və məhsulları təklif etməklə yanaşı, Bank ölkəmizin davamlı inkişafına, ictimaiyyətin rifahına dəstək olmağa çalışır. “PAŞA Bank Korporativ Sosial Məsuliyyəti Proqramları çərçivəsində sahibkarların və gənclərin təhsili və inkişafına böyük sərmayələr qoyur. Bankımızın əsas məqsədlərindən biri gənc sahibkarların iqtisadi təhsili, işə hazırlığına və gələcəkdə cəmiyyətdə layiqincə yer tutmalarına yardım etməkdir", deyə, Ş.Əliyeva bildirib.

“Biznes günü” tədbirində ən yaxşı 7 biznes planın təqdimatı keçirildi və ekspert qrupu tərəfindən qiymətləndirildi. Təqdim olunan biznes planların həyata keçirilə bilmə dərəcəsi, rəqabətə davamlılığı, yeniliyi və biznes fəaliyyətinin inkişaf planı əsasında 3 ən yaxşı biznes planı seçilmişdir.

Qeyd edək ki, 2015-ci ilin sentyabr ayında başlayan “Davamlı Müəssisənin İnkişaf Proqramı” kiçik və orta müəssisənin yaradılması və idarə edilməsi üçün gənc sahibkarları zəruri bilik və bacarıqlarla təmin etmək məqsədi daşıyırdı.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.