Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bankın dəstəyi ilə Lənkəran və Xaçmaz regionunun gənc sahibkarları üçün biznes forum təşkil olunub

Ölkənin ən iri banklarından biri olan PAŞA Bankın sponsorluğu ilə "Junior Achievement Azərbaycan" (JAA) ictimai birliyinin və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Gənclərin Davamlı Müəssisələrinin İnkişaf Proqramı” çərçivəsində Azərbaycan Gənclərinin Nailiyyəti ictimai birliyi Lənkəran və Xaçmaz regionunun iştirakçıları üçün biznes forum təşkil edib.

Görüşün əsas məqsədi layihə iştirakçıları ilə bank nümayəndələrini və sahibkarlarını bir araya gətirərək onları sahibkarlıq fəaliyyəti və bu sahədə maliyyələşmə imkanları haqqında maarifləndirmək olub. PAŞA Bankın “Gənclik” Xidmət Mərkəzinin rəhbəri Vüqar Əliyev layihə iştirakçılarına mövcud və yeni bank məhsulları, xidmətləri və kredit imkanları haqqında məlumat verib. Bununla yanaşı PAŞA Bankın təmsilçisi gənclərə biznes layihələrinin yazılması, imkan və mövcud risklərin qiymətləndirilməsi, biznesin planlaşdırılması, maliyyə mənbələrinə çıxış və maliyyə hesabatı üzrə məsləhətlərini bildirib.

Qeyd edək ki, PAŞA Bank və JAA tərəfindən gerçəkləşdirilən “Gənclərin Davamlı Müəssisələrinin İnkişaf Proqramı”nın əsas məqsədi fərdi müəssisənin yaradılması və idarə edilməsi üçün gənc sahibkarları zəruri bilik və bacarıqlarla təmin etməkdir.   


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.