Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank qeyri-neft sektorunda fəaliyyət göstərən ixracatçıları dəstəkləyir

15 dekabr tarixində Bakıda “Azərbaycanın qeyri-neft sektorunda ixracat imkanlarının stimullaşdırılması” mövzusunda beynəlxalq konfrans təşkil edilmişdir. Azərbaycandakı Amerika Ticarət Palatası tərəfindən təşkil edilən tədbirin baş sponsoru ölkənin aparıcı banklarından biri PAŞA Bank olmuşdur.

Konfransda iştirak etmək üçün iqtisadiyyat, kənd təsərrüfatı, inşaat, sənaye kimi sahələrdə fəaliyyət göstərən 30 aparıcı ixracatçı şirkət, həmçinin Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, PAŞA Bank, PAŞA Holdinq, “Türk Eximbank” və digər təşkilatların mütəxəssisləri dəvət edilmişdir. Mütəxəssislər yerli biznesmenlərlə ölkədə və regionda cari makroiqtisadi iqlimi, ixracatın dəstəklənməsinə yönəldilmiş maliyyə dəstəyi potensialı, xarici iqtisadiyyatın vergi tənzimlənməsi kimi məsələləri və başqa mövzuları müzakirə etmişlər.

Konfrans çərçivəsində, həmçinin praktiki seminar keçirilmiş və orada beynəlxalq bazara çıxış strategiyasının qurulması prinsipləri, ixrac əməliyyatlarının həyata keçirilməsi, xarici iqtisadi fəaliyyətin aparılması üçün lazımi normativ sənədlər, ixrac əməliyyatlarının qısa və orta müddətli perspektivlərdə inkişaf perspektivi müzakirə edilmişdir. Konfransın nəticəsi olaraq, Azərbaycandakı Amerika Ticarət Palatası ölkədə ixrac yönümlü fəaliyyəti stimullaşdıran məsləhətlər paketinin hazırlanmasını və dövlət orqanlarına təqdim edilməsini planlaşdırır.

PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş Strategiya İnzibatçısı Aydın Atakişiyevin qeyd etdiyi kimi, regionda müşahidə olunan tendensiyalar xarici iqtisadi fəaliyyətin inkişafı və ölkələr-arası investisiyalar üçün daha böyük imkanlar yaradır.«Bu tədbir ixrac əməliyyatlarının inkişafının stimullaşdırılmasının müzakirə edilməsi üçün yaxşı imkan və mövcud şəraitdə bank sektoru tərəfindən dəstəklənən Azərbaycan biznesinin real tələblərini qiymətləndirmək üçün əla fürsət idi. Öz növbəsində PAŞA Bank, real iqtisadi sektoru fəal şəkildə dəstəkləyərək, müştərilərilərinin hər birinə fərdi yanaşma nümayiş etdirir. Özümüzü maliyyə tərəfdaşı kimi təqdim edərək, bundan sonra da ixrac yönümlü biznesi dəstəkləməyə və bununla da Azərbaycan iqtisadiyyatının diversifikasiyasına və qeyri-neft sektorunun inkişafına öz töhfəmizi verməyə hazırıq» - A. Atakişiyev bildirib.

Qeyd edək ki, PAŞA Bank, dünyanın 270 şirkətini birləşdirən, ən böyük beynəlxalq faktorinq assosiasiyalarından biri olan Beynəlxalq Faktorinq Assosiasiyasının (Factors Chain International) Azərbaycandan olan ilk üzvüdür. Assosiasiyaya üzvlük PAŞA Banka faktorinqin ixrac və idxal növlərini həyata keçirmək və xarici iqtisadi fəaliyyətlə məşğul olan Azərbaycan sahibkarlarını bütünlükdə dəstəkləmək və müştərilərinə dünya arenasında öz biznesləri üçün rəqabətədavamlı üstünlüklər əldə etmələrinə kömək etmək imkanı verib.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.