Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

Kapital Bankın daha bir filialı yeni konseptdə təqdim olundu

Fəaliyyətini müştəri yönümlü konsepsiya əsasında davam etdirmək və xidmət səviyyəsini daha da təkmilləşdirmək məqsədilə Kapital Bankın 1 saylı Yasamal filialı yeni ünvanda fəaliyyətə başlayıb. Filialda müştərilərə kassa hesablaşma əməliyyatları, plastik kartların sifarişi, kredit və depozit əməliyyatları, kommunal ödənişlər daxil olmaqla bütün bank xidmətləri göstərilir. Yasamal rayonu, Landau küçəsi, bina 6 ünvanında fəaliyyətə başlayan yeni konsepsiyalı filial Hüseyn Cavid parkının yaxınlığında yerləşir. Qeyd edək ki, filialların yeni konsepsiyada hazırlanması Kapital Bankın filial şəbəkəsinin inkişaf strategiyasına uyğun olaraq həyata keçirilir.

Təmir işlərinin aparılması ilə əlaqədar Bankın Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi  157 ünvanında yerləşən  “Şuşa” filialı isə müvəqqəti olaraq yeni ünvanda xidmət göstərir. Müasir dizaynda təmir olunan filialda təmir-tikinti işləri başa çatanadək “Şuşa” filialı Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 1 ünvanında fəaliyyət göstərəcək. Bütün filiallar həftə içi  hər gün 09.00-dan 17.00-a qədər, şənbə günləri isə 10.00-dan 14.00-a qədər müştərilərin ixtiyarındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Kapital Bankın müştəriləri kredit ödənişlərini “e-pul.az”, “kassam.az”, “hesab.az” portalları ilə yanaşı “eManat” və “MilliÖn” terminallarında, habelə Kapital Bankın filiallarında və pay.kapitalbank.az  saytında  həyata keçirə bilərlər. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.