Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank ABŞ ticarət missiyasının səfəri çərçivəsində işgüzar görüşlərdə iştirak edib

Azərbaycanın ən iri banklarından biri – PAŞA Bank 18-20 noyabr tarixlərində ABŞ ticarət missiyasının Bakıya səfəri çərçivəsində keçirilən işgüzar görüşlərdə iştirak edib. Amerika-Azərbaycan ticarət palatasının (USACC) təşkil etdiyi səfər Amerika Ticarət palatasının Azərbaycan (AmChamAzerbaijan) və Türkiyə (AmChamTurkey) nümayəndəlikləri, Azərbaycanda ixracın və investisiyaların təşviqi fondu (AZPROMO), Bloomberg Media, Azərbaycan yüksək texnologiyalar parkının dəstəyi ilə həyata keçirilib.

Xarici nümayəndə heyətinin tərkibində ABŞ-ın Ticarət Nazirliyi və ABŞ Ticarət xidməti agentliyi kimi dövlət iqtisadiyyat qurumları, habelə inşaat, istehsalat, energetika, təhsil, İKT və iqtisadiyyatın digər sektorlarını təmsil edən 15 şirkət iştirak etmişdir.

PAŞA Bankın İdarə heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, ölkələrimiz arasında ikitərəfli ticari əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur və bu səfər Amerika şirkətlərinə Azərbaycan bazarını öyrənmək imkanı vermişdir.

T.Kazımov həmçinin qeyd etmişdir ki: “İqtisadiyyatın real sektorunu fəal surətdə dəstəkləyən PAŞA Bank xarici biznesmenlərin nümayəndə heyətinin Azərbaycana səfərini müsbət qiymətləndirir, bu, işgüzar əlaqələrin qurulmasına, xarici iqtisadi fəaliyyətin, ölkəyə cəlb olunan investisiyaların həcminin artmasına gətirib çıxaracaq. PAŞA Bank, öz növbəsində, regional investisiya bankı olmaqla, işgüzar münasibətlərin inkişafına töhfəsini verməyə və təkcə yerli bazarda deyil, həm də Türkiyə və Gürcüstanda fəaliyyətin həyata keçirilməsində maraqlı olan biznesmenlər üçün maliyyə xidmətlərinə və peşəkar məsləhətlərə tələbatı ödəməyə hazırdır”.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.