Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank АМFА-nın iki mükafatı ilə təltif olunub

Azərbaycan Mikromaliyyə Assosiasiyası  (AMFA) ölkənin ən iri banklarından biri olan PAŞA Bankın fəaliyyətini iki xüsusi mükafatla  dəyərləndirib.  Belə ki, AMFA PAŞA Bankı təşkilatın üzv şirkətləri arasından “İlin iştirakçısı” və “Gender bərabərliyini təbliğ edən aparıcı şirkət” adına layiq görmüşdür.

PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun şərh etdiyi kimi, PAŞA Bank və AMFA qeyri-bank kredit təşkilatlarının və kredit ittifaqlarınındəstəklənməsinə yönəldilən kredit proqramını həyata keçirir və iki ildir ki, mikromaliyyələşdirmə sahəsində uğurla əməkdaşlıq edir. T.Kazımov qeyd etmişdir ki: “Biz peşəkar təşkilat tərəfindən fəaliyyətimizin növbəti dəfə yüksək qiymətləndirildiyinə şadıq və mən əminəm ki, Assosiasiya ilə əməkdaşlığımız növbəti illərdə də uğurla davam edəcək”.

T.Kazımov PAŞA Bankın əsas üstünlüyünün kollektivin peşəkarlığından və komanda işindən ibarət olduğunu vurğulamışdır. PAŞA Bankın İdarə Heyətinin sədri çıxışını belə yekunlaşdırmışdır: “Biz fəxr edirik ki, hazırda kollektivimizin 40%-i PAŞA Bankın top-menecmentini də təmsil edən zərif cinsin nümayəndələrindən ibarətdir. Fəaliyyətimizin 8 illik dövrü ərzində biz Bankın təkcə yerli deyil, həm də beynəlxalq bazarlarda uğurlu rəqabət aparmaq imkanını təmin edən güclü kollektiv yarada bilmişik”.

Xatırladaq ki, son illərdə PAŞA Bank dəfələrlə beynəlxalq maliyyə icması tərəfindən müxtəlif istiqamətlər, o cümlədən investisiya, özəl-bankçılıq xidmətlərinin təklifi və s. üzrə Azərbaycan bazarının lideri kimi tanınmışdır. Bankın fəaliyyəti EMEA Finance, InternationalFinanceMagazine və s. bu kimi dünyanın aparıcı KİV-ləri tərəfindən nüfuzlu mükafatlara layiq görülmüşdür.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.