Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank “SWIFT Alliance LifeLine” servisinin istifadəsinə başlayıb

Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank “SWIFT Alliance LifeLine” servisinin istifadəsinə başlayıb. Hazırkı servisin istifadəsi məlumat mübadiləsi proseslərində, habelə “SWIFT” servisi çərçivəsində beynəlxalq miqyasda ödəniş məlumatlarının şifrələnməsində keyfiyyətinin və operativliyinin artırılmasına imkan yaradır. 

PAŞA Bankın İdarə Heyətinin Sədr Müavini, Baş Əməliyyat İnzibatçısı Emil Hacıyevin sözlərinə görə, yeni servisin tətbiqi hər hansı ziddiyyət yaranmadan, Bankın “SWIFT” kanalları vasitəsilə əməliyyat proseslərini optimallaşdırmasına imkan yaradır.

“”Alliance Lifeline” servisinin istifadəsi ilə biz əlavə olaraq, beynəlxalq əməliyyatların həyata keçirilməsi üzrə xərcləri optimallaşdırmaqla yanaşı, fövqəladə hallar zamanı “SWIFT” servisi çərçivəsində yerinə yetirilən biznes proseslərinin təhlükəsizliyinigücləndirməyə nail olmuşuq. Həmçinin qeyd etmək lazımdır ki, biz müasir bankın fəaliyyəti üçün “SWIFT” kimi sistemin əhəmiyyətini nəzərə alaraq, sözügedən servisə yüksək SWIFT Premium Support səviyyədə texniki dəstək göstərmək məqsədilə müqavilə tərtib etmişik” – deyə E. Hacıyeva öz nitqini yekunlaşdırıb.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.