Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank Beynəlxalq faktorlar assosiasiyasının Azərbaycandan olan ilk üzvü seçildi

Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bank ixrac-idxal əməliyyatları həyata keçirən şirkətlərə beynəlxalq faktorinq xidmətləri göstərəcək. Belə ki,Bankdünya üzrə 270-dən artıq şirkəti özündə birləşdirən ən böyük faktorinqassosiasiyalarından biri olan Beynəlxalq faktorlar assosiasiyasına (Factors Chain International) üzv olmuşdur. BFA-da iştirak Azərbaycanın faktorinq bazarının əsas iştirakçısı olan PAŞA Banka beynəlxalq faktorinq bazarına çıxma imkanı verir.

PAŞA Bankın Baş Kommersiya İnzibatçısı Melih Menqünün sözlərinə əsasən, BFA–nın əsas hədəflərindən biri faktorinq üzrə beynəlxalq səviyyədə əqdlərin bağlanılması məqsədilə ümumi qayda və şərtlərin müəyyən edilməsidir.

“BFA-nın hər bir üzvünə qarşı həm maliyyə dayanıqlığı, həm də təqdim edilən xidmətlərin keyfiyyəti baxımından kifayət qədər ciddi tələblər müəyyən olunur və Azərbaycandan assosiasiyanın sıralarına qatılan ilk və yeganə maliyyə institutu olmağımız, əlbəttə ki, bizi sevindirməyə bilməz. Bankın BFA üzvlüyü PAŞA Bankın müştəriləri qarşısında böyük imkanlar açır. Belə ki, Assosiasiyanın üzvü olmaqla biz faktorinqin idxal və ixrac növlərini həyata keçirmək və ümumilikdə, xarici iqtisadi əlaqələr sahəsində fəaliyyət göstərən Azərbaycan sahibkarlarını dəstəkləmək, öz müştərilərimizə bizneslərinin rəqabət üstünlüklərindən faydalanmağa yardım etmək fürsəti qazanmışıq” – M.Menqü demişdir. - Regionda iqtisadi vəziyyətin qeyri-sabit olmasına baxmayaraq, PAŞA Bank bundan sonra da yeni xidmət növləri hazırlamaq və tətbiqinə başlamaqda, beynəlxalq icmalara qoşulmaqda davam etməklə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində öz töhfələrini verəcək və “Azərbaycan-Türkiyə-Gürcüstan” iqtisadi üçbucağı çərçivəsində real sektoru hərtərəfli şəkildə dəstəkləyəcəkdir”- deyə PAŞA Bank nümayəndəsi bildirmişdir.

Hal-hazırda PAŞA Bank öz müştərilərinə daxili faktorinq xidmətindən faydalanmaq imkanı verir. Daxili faktorinq dedikdə, həm satıcının, həm də alıcının bir ölkədə yerləşməsi nəzərdə tutulur. Xidmətindən digər şirkətlərə (Alıcılara) məhsullarını və xidmətlərini satan şirkətlər (Təchizatçı) istifadə edə bilər. Faktorinq xidməti müxtəlif istehsal, tikinti, xidmət, satış və digər şirkətlər üçün münasib maliyyələşmə həlli ola bilər.Hal-hazırda bu maliyyə xidməti Bankın müştəriləri arasında çox geniş şəkildə yayılmışdır.

Qeyd etmək istərdik ki, son illərdə PAŞA Bank dəfələrlə beynəlxalq maliyyə icması tərəfindən müxtəlif istiqamətlər, o cümlədən investisiya, özəl-bankçılıq xidmətlərinin təklifi və s. üzrə Azərbaycan bazarının lideri kimi tanınmışdır. Bankın fəaliyyəti EMEA Finance, InternationalFinanceMagazine və s. bu kimi dünyanın aparıcı KİV-ləri tərəfindən nüfuzlu mükafatlara layiq görülmüşdür.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.