Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank uşaqlar üçün “Açıq qapı günü” keçirdi

Azərbaycanın ən iri banklarından biri – PAŞA Bank – “Biznes Dialoq” biznes-klubunun təşkilati dəstəyi ilə yay “Gənc Sahibkar Məktəbi”nin şagirdləri üçün “Açıq qapı günü” keçirmişdir.

Tədbir çərçivəsində uşaqlar üçün əyləncəli formada “Kredit və depozit nədir?”, “Plastik kartlar nə üçün lazımdır?”, “Evdən bank əməliyyatları” və s. mövzularda təqdimatlar edilmişdir. PAŞA Bankın əməkdaşları təşkilatda işə qəbul prosesi, fəaliyyətin qiymətləndirilməsi və hər bir əməkdaşın ixtisasının artırılması proseslərinin necə aparıldığı barədə danışmışlar.

Gənc dinləyicilər həmçinin Banka ekskursiya etmişlər. Onlar müvafiq departamentlərin təşkilatının bir neçə il öncədən fəaliyyət strategiyasını necə hazırladığını, müştərilərə xidmət prosesinin necə qurulduğunu, bankın treyderlərinin necə işlədiyini və bir çox başqa məsələləri öyrənmişlər. Tədbirin sonunda “Gənc Sahibkar Məktəbi”nin şagirdlərinə xatirə hədiyyələri təqdim edilmişdir.

Qeyd edək ki, PAŞA Bank “Açıq qapı günü”nü Azərbaycan Mərkəzi Bankının ölkənin kommersiya bankları ilə əməkdaşlıqda reallaşdırdığı “Maliyyə savadlılığı” layihəsi çərçivəsində keçirmişdir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.