Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bankın dəstəyi ilə keçirilən “Banklar Fəaliyyətdə” layihəsinin təlimlər hissəsi başa çatdı

Azərbaycanın ən iri banklarından biri – PAŞA Bank və Junior Achievement Azerbaijan (JAA, Azərbaycan Gənclərinin Nailiyyəti) ictimai birliyinin birgə təşkil etdiyi "Banklar Fəaliyyətdə" layihəsinin təlimlər hissəsi başa çatdı.

2015-ci ilin may ayında başlamış layihədə iştirak üçün Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti və Qafqaz Universitetindən 30 tələbə seçilmişdir. Tələbələrin seçimi ixtisas, məntiq və xarici dili bilikləri əsasında aparılmışdır.

Üç mərhələdən ibarət olan layihənin birinci mərhələsi Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə təşkil olunmuşdur. Bu mərhələdə tələbələr Mərkəzi Bankın əməkdaşlarının apardığı təlimlərdə iştirak edərək bank nəzarəti, maliyyə sabitliyi, fiskal siyasət, maliyyə bazarlarının strukturu və bazar əməliyyatları, ödəniş sistemləri və nağdsız hesablaşmalar haqqında nəzəri biliklərini genişləndirmişlər.

İkinci mərhələ isə JAA-in “Banklar Fəaliyyətdə” təlim proqramı əsasında təşkil edilmişdir. Proqramın məqsədi iştirakçılara peşəkar təlim proqramı və simulyasiya oyunları vasitəsi ilə bank sektorunun prinsiplərini öyrətmək, maliyyə strukturu, bank sistemində mövcud risklər və onların idarə edilməsi mexanizmləri ilə tanış etməkdir. Bu mərhələdə modelləşdirilmiş biznes üzrə müsabiqə keçirilir. Modelləşdirmədə iştirak edərkən, tələbələr qrup şəklində virtual bir bankı idarə edir və həmin bankın strategiyası və fəaliyyətinə dair müxtəlif iqtisadi qərarlar qəbul edirlər.

Banklar fəaliyyətdə proqramı gənclərin maliyyə savadını artırmaqla yanaşı, onları səmərəli istehlakçı və məsuliyyətli vətəndaş olmağı öyrədir. Həmçinin bu proqram tələbələri maliyyə xidmətləri sektorunda mümkün karyera imkanları ilə də tanış edir. Belə ki, layihənin üçüncü mərhələsində fəallığı ilə seçilən tələbələr ilin sonuna kimi PAŞA Bankda təcrübə keçmək imkanını əldə edəcəklər.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.