Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bankın yenilənmiş Biznes-Mərkəzinin açılışı keçirildi

Bakıda PAŞA Bankın yenilənmiş filialı - A. İldırım küçəsi, 68 ünvanında yerləşən Şüvəlan Biznes-mərkəzinin açılışı olmuşdur. Filialın  təntənəli açılışında Bankın rəhbərliyi və işçiləri iştirak etdilər.

Şüvəlan Biznes Mərkəzinin yenilənməsi Bankın 2015-2017-ci illər üçün inkişaf Strategiyasına uyğun olaraq keçirilmişdir ki, bu strategiyanın maddələrindən biri də müştəriyə yönümlülüyün gücləndirilməsi və bank xidmətlərinin daha yüksək səviyyədə təmin edilməsidir. Öncə də olduğu kimi Şüvəlan filialı kompleks maliyyə xidmətləri, o cümlədən kredit məhsulları, hesablaşma-kassa əməliyyatları, kapital bazarına çıxışa yardım, ticarətin maliyyələşdirilməsi kimi xidmətləri təqdim edir. Yenilənmiş Biznes Mərkəzində müştərilərə xidmət, həmçinin tərəfdaşlarla danışıqlar aparmaq üçün əlavə yer ayrılmışdır.

Diqqətinizə çatdıraq ki, Şüvəlan Biznes-Mərkəzi PAŞA Bankın 2009-cu ilin aprelində açılan ilk filialıdır.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.