Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

Bakıda PAŞA Bankın sponsorluğu ilə AMCHAM pikniki təşkil olundu

11 iyul tarixində Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham) tərəfindən Bakıda müxtəlif biznes seqmentlərinin nümayəndələrinin qeyri-rəsmi şəraitdə bir araya gəldiyi ənənəvi piknik keçirilmişdir. Bu tədbirin əsas sponsoru Azərbaycanın iri banklarından biri PAŞA Bank idi.

Tədbirin rəsmi hissəsində qonaqların qarşısında Ticarət palatasının, PAŞA Bankın, həmçinin ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri çıxış etdilər. PAŞA Bankın Korporativ Kommunikasiyalar Departamentinin direktoru Sona Abbasova öz salamlama çıxışında qeyd etdi ki, Bank artıq neçə illərdir ki, Ticarət  palatasının üzvüdür və bu tədbirin baş sponsorudur. “PAŞA Bank yerli sahibkarlığa, o cümlədən kiçik və orta biznesin dəstəklənməsinə böyük diqqət ayırır. Onu da vurğulamaq lazımdır ki, bu cür tədbirlərin keçirilməsi qeyri-rəsmi şəraitdə iş adamları arasında yeni işgüzar əlaqələrin inkişafını və “körpünün yaradılmasını” təmin edən amillərdən biridir” - Sona Abbasova dedi.  

Qeyd edək ki, AmCham-ın keçirdiyi bu tədbir sayca 20-ci yubiley tədbiri oldu. Ümumilikdə bu tədbirdə 1000 nəfər qonaq iştirak etmişdir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.