Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bankın İdarə heyətinin yeni sədri təyin olunub

Müşahidə Şurasının qərarı ilə PAŞA Bankın İdarə Heyətinin yeni Sədri müəyyən olunub. Sədr vəzifəsinə öncə Bankın İdarə Heyətinin üzvü olmuş Taleh Kazımov təyin olunub. Bu təyinatdan əvvəl PAŞA Banka Fərid Axundov rəhbərlik edirdi. F. Axundov öz işini bankın Müşahidə Şurasının Üzvü kimi davam edəcək.

F. Axundovun sözlərinə görə, Bankın rəhbərliyinin dəyişdirilməsi haqqında qərarın qəbul edilməsi və kollektivin bu qərar haqda məlumatlandırılması 2014-cü ilin fevral ayında baş tutmuşdur. “Biz çox şadıq ki, Bankın idarəçiliyi məhz  Bankın təsis edildiyi gündən bankda çalışan daxili namizədin təcrübəli əllərinə keçir və mən əminəm ki, Taleh Kazımovun rəhbərliyi altında PAŞA Bank Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda uğurlu fəaliyyətini davam etdirəcək. İdarə heyətinin sədri olduğum müddətdə göstərdikləri dəstəyə görə mən Bankın bütün əməkdaşlarına öz təşəkkürümü bildirirəm”,- deyə Fərid Axundov bildirdi.

“Fərid Axundov Azərbaycanda PAŞA Bankın qabaqcıl maliyyə institutlarından birinə çevrilməsi işində mühüm rol oynamışdır. 2015-2017-ci illəri əhatə edən strategiyamızın uğurla həyata keçiriləcəyinə və “Azərbaycan-Türkiyə-Gürcüstan” iqtisadi üçbucağı çərçivəsində Bankın parlaq gələcəyinə əminəm. Mən bütün kollektivimiz adından Fərid Axundova gələcək fəaliyyətində peşə uğurları arzulayıram”, - Taleh Kazımov qeyd etmişdi.

T.Kazımov Azərbaycan Texniki Universitetinin “Avtomatika və hesablama texnikası” fakültəsinin bakalavr pilləsini bitirmiş, daha sonra isə Azərbaycan Dövlət Neft Akademiyasında MBA dərəcəsi və Georgia State University-də kommersiya üzrə dərəcə almışdır. Həmçinin, 2013 ildə T.Kazımov London Business School (Böyük Britaniya) və Harvard Business School (ABŞ) məzunu olmuşdur.

2001-2007-ci illərdə bank sektorunda müxtəlif vəzifələrdə çalışmış və auditor fəaliyyəti ilə məşğul olmuşdur. PAŞA Bankda öz karyerasına Risklərin İdarə Olunması Departamentinin meneceri vəzifəsində başlamışdır. 2011-ci ilin dekabr ayında İdarə Heyətinin üzvü və Baş İnvestisiya Inzibatçısı vəzifəsinə seçilmişdir. Son təyinata qədər onun tabelçiliyində korporativ və KOS-bankinq istiqamətləri, investisiya bloku, ticarətin və ixracın maliyyələşdirilməsi, kredit menecmenti sahələri olmuşdur.

T.Kazımov yeni vəzifəsinin icrasına 1 iyul 2015-ci il tarixindən başlayacaq.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.