Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank “Azərbaycanın Ən Yaxşı Bankı” elan edilib

Nüfuzlu beynəlxalq maliyyə jurnalı olan "EMEA Finance" Avropa Bankçılıq Mükafatının (Europe Banking Awards) qaliblərinin siyahısını elan edib və 2014-ci ildə "Azərbaycanın Ən Yaxşı Bankı" nominasiyasında qalib kimi PAŞA Bank seçilib.

«Bu mükafat Bankın heyətinin ötən il həyata keçirdiyi məhsuldar işin nəticəsidir. Ötən il ərzində bank iri müştərilərlə, kiçik və orta sahibkarlıq sektoru ilə uğurlu iş aparıb; investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi istiqamətində yüksək göstəricilər əldə edib, Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində çoxsaylı layihələri həyata keçirib. 2014-cü ilin əsas nailiyyətlərindən biri PAŞA Bankın Türkiyədə fəaliyyətə başlaması olmuşdur. Mən əminəm ki, bu, “Bakı-Tbilisi-İstanbul” iqtisadi üçbucağı çərçivəsində gələcək uğurlu fəaliyyətin inkişafına xidmət edəcək. Bankın bütün əməkdaşlarına ötən il ərzində gördükləri keyfiyyətli işə, bunun nəticəsində isə bu nüfuzlu mükafata layiq görüldüyümüzə görə minnətdarlığımı bildirmək istəyirəm», - deyə PAŞA Bankın İdarə Heyətinin üzvü Taleh Kazımov yekünlaşdırdı.

Mükafatın təsisçisi - "International Finance Magazine" jurnalı dünyanın 150-dən artıq ölkəsində tanınır və dünya maliyyə bazarında baş verən əsas hadisələri işıqlandırır. Qərargahı London şəhərində yerləşən jurnal hər il qeyd edilən sektorun inkişafına yüksək töhfə verən dünyanın müxtəlif maliyyə təşkilatlarını mükafatlandırır.

Xatırladaq ki, PAŞA Bank öncəki dövrlərdə "Europe Banking Awards 2011, 2012, 2013" çərçivəsində "Azərbaycanın ən yaxşı investisiya bankı" elan edilmişdir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.