Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

Bakıda Maliyyə bazarları üzrə Foruma start verilir

Bu gün Bakıda London fond birjası tərəfindən təşkil olunan Maliyyə bazarları üzrə Foruma start verilir. Tədbirin əsas sponsorlarından biri PAŞA Bankdır.

Tədbir çərçivəsində aparıcı ekspertlər, habelə hər iki ölkənin biznes nümayəndələri Azərbaycan iqtisadiyyatının makroiqtisadi perspektivlərini, ölkənin kapital bazarlarında mövcud cari vəziyyəti, beynəlxalq maliyyələşdirmə imkanlarını, həmçinin, Azərbaycanın və Böyük Britaniyanın fond bazarlarının inteqrasiyasını müzakirə edəcəklər. Forumda investisiya şəraiti, iqtisadi inkişafın və korporativ idarəetmənin son tendensiyaları, maliyyə bazarlarının infrastrukturu, səhmdar və borc kapitalının cəlb edilməsi yolu ilə biznesin maliyyələşdirilməsi və s. bu kimi mövzuların müzakirə edilməsi planlaşdırılıb.

PAŞA Bankın İdarə Heyətinin üzvü Taleh Kazımovun sözlərinə görə, dünya iqtisadiyyatının yüksək makroiqtisadi çağırışlar dövrünə qədəm qoyduğu hazırkı illərdə bu cür beynəlxalq tədbirlərin keçirilməsi böyük maraq kəsb edir. T.Kazımov qeyd edir: “Məsələn, Azərbaycanda “Qiymətli kağızlar bazarı” haqqında qanunun qəbul edilməsi ilə biz bazarda əməliyyatların sayının artacağını gözləyirik. Onun əsas iştirakçılarından biri olmaqla, PAŞA Bank beynəlxalq partnyorlarla işgüzar münasibətlərin miqyasını daha da genişləndirməyi və bununla da Azərbaycanın maliyyə bazarının inkişafına öz töhfəsini verməyi planlaşdırır”.

Forum çərçivəsində hər iki ölkədən aparıcı şirkətlərin və maliyyə müəssisələrinin 150 nəfərə qədər rəhbərlərinin və məsləhətçilərin iştirak edəcəyi gözlənilir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.