Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

Gəncədə “Breyn rinq” keçirilmişdir

Azərbaycanın ən iri banklarından biri - PAŞA Bankın sponsorluğu ilə “Breyn rinq” intellektual oyunu keçirilmişdir. Tədbir Gəncədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilib.

Yarışmada Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycan Texnologiya Universitetinin tələbələri iştirak edib. İntellektual oyunun qalibləri diplomlar və qiymətli hədiyyələrlə təltif olunub. 

«Bir maliyyə qurumu kimi müxtəlif növ bank xidmət və məhsullarını təmin etməklə yanaşı, ölkəmizin davamlı inkişafına, ictimaiyyətin rifahına dəstək vermək üçün də çalışırıq. Bank Korporativ Sosial Məsuliyyəti Proqramları çərçivəsində gənclərin iqtisadi təhsili və inkişafına böyük sərmayələr qoyur və biz intellektual yarışların dəstəklənməsini davam etdirmək niyyətindəyik” - yarışın açılış mərasimində çıxış edərək PAŞA Bankın Gəncə Biznes-mərkəzinin direktoru Sevil Abbasova qeyd etmişdi.

Xatırladaq ki, iki il əvvəl PAŞA Bankda həyata keçirilən Korporativ Sosial Məsuliyyət proqramı beynəlxalq səviyyədə tanıdıldı və Bank “Europe Banking Awards” çərçivəsində “EMEA Finance” beynəlxalq işgüzar nəşrinin versiyası üzrə «The Best Corporate Social Responsibility Programme in Europe» mükafatına layiq görülmüşdür. 

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.