Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bankın dəstəyi ilə azərbaycanlı jurnalistlər Lordlar Palatasında görüşlər keçirmişlər

Yerli media nümayəndələrinin peşəkar bacarıqlarının mükəmməlləşdirilməsinə yönəldilmiş işgüzar jurnalistikanın inkişaf etdirilməsi üzrə növbəti layihə uğurla başa çatmışdır. Azərbaycanın ən iri banklarından biri olan "PAŞA Bank"ın "British Council" və "Thomson Foundation" ilə əməkdaşlıq əsasında həyata keçirdiyi layihə, jurnalistlərin Böyük Britaniyaya bir həftəlik ezamiyyəti ilə yekunlaşdı.

Bu müddət ərzində Azərbaycan kütləvi informasiya vasitələrinin nümayəndələri "The Telegraph", "BBC" kimi dünyaca məşhur media holdinqlərinin redaksiyalarında olmuş, öz xarici həmkarlarının təcrübəsi ilə yanaşı, bu ölkənin media strukturlarının iş prinsipləri ilə tanış olmuş və  Lordlar Palatasına, London Fond Birjasına və s. məkanlara işgüzar səfərlər etmişdirlər.

Layihənin başlıca məqsədi, avropalı həmkarların çoxillik təcrübəsi ilə tanış olub, əldə etdikləri bacarıqlardan ölkədə baş verən iqtisadi dəyişikliklər və müxtəlif biznes prosesləri barədə daha peşəkar səviyyədə məlumatların təhlili və yayımlanması, eləcə də, iqtisadi və biznes mövzularını işıqlandıran aparıcı jurnalistlər qrupunun yaradılmasıdır. Bu cür layihələrin həyata keçirilməsi PAŞA Bankın Sosial məsuliyyət proqramının mühüm tərkib hissəsini təşkil edir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.